"Lion"un yeni baş məşqçisi açıqlandı

Fransanın "Lion" klubunun yeni baş məşqçisi müəyyənləşib.

Liqa 1 təmsilçisi ispaniyalı mütəxəssis Karlos Visensin təyinatını rəsmən açıqlayıb.

43 yaşlı çalışdırıcı ilə 2028-ci il iyunun 30-dək müqavilə imzalanıb. O, bu postda "Sportinq"ə keçən Paulo Fonsekanı əvəzləyib.

Visens son olaraq Portuqaliyanın "Braqa" klubunda işləyib. O, daha əvvəl 2021-2025-ci illərdə Pep Qvardiolanın rəhbərliyi altında "Mançester Siti"nin məşqçilər korpusunda yer alıb.

Qeyd edək ki, "Lion" Fransa çempionatında 17 xalla beşinci pillədə qərarlaşıb.