Moderator.az-ın Tasnimə istinadən verdiyi məlumata görə, bu gün İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Aerokosmik Qüvvələrinin yeni raket şəhəri Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-mayor Əli Abdullahının və SEPAH Aerokosmik Qüvvələrinin komandanı Məcid Musəvinin iştirakı ilə təqdim olunub.
Təqdimat zamanı müxtəlif növ ballistik və qanadlı raketlər, eləcə də onların buraxılış qurğuları nümayiş etdirilib.