Ermənistan nəhayət bu ölkədə səfirlik açır

Ermənistan yaxın aylarda Estoniyanın paytaxtı Tallində səfirlik açacaq.

Bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Estoniya Xarici İşlər Nazirliyinin yaradılmasının 108-ci ildönümünə həsr olunmuş tədbirdə çıxışı zamanı bəyan edib.

Nazir bildirib ki, səfirliyin açılması iki ölkə arasında tərəfdaşlığın möhkəmləndirilməsi istiqamətində mühüm addım olacaq.

Qeyd edək ki, Estoniya bu ilin aprel ayında İrəvanda səfirliyini açıb.