Bakıda 30 yaşlı kişi dəm qazından boğularaq ölüb

Qaradağ rayonunda dəm qazından zəhərlənmə nəticəsində ölüm hadisəsi baş verib.

APA-ya istinadən, hadisə bu gün səhər saatlarında qeydə alınıb.

Qubanın İkinci Nügədi kənd sakini 1996-cı il təvəllüdlü Rəhim Yüzbaşıyev dəm qazından boğularaq həyatını itirib.

Hadisənin başvermə səbəbləri araşdırılır.