Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Azərbaycan Prezidenti İlham Əliyevin görüşləri iki xalq və dövlət arasındakı yaxınlığı bütün dünyaya bir daha nümayiş etdirdi.
APA-ya istinadla, bunu Türkiyənin vitse-prezidenti Cövdət Yılmaz jurnalistlərə açıqlamasında deyib.
O, bu qardaşlıq münasibətlərinin COP31 çərçivəsində də davam edəcəyinə inandığını bildirib və Prezident İlham Əliyevin sammitdə iştirak edəcəyini bildiyini söyləyib.
Türkiyənin vitse-prezidenti, həmçinin Azərbaycan pavilyonunu ziyarət etdiyini, orada nümayəndə heyətinin üzvləri ilə söhbət etmək imkanı qazandığını diqqətə çatdırıb.
C.Yılmaz COP31-ə hazırlıq prosesində Azərbaycanın COP29 təcrübəsindən geniş şəkildə faydalandıqlarını da vurğulayıb:
“COP29-u Azərbaycanın keçirdiyini bilirsiniz. Hazırlıqlarımızı apararkən Azərbaycanın təcrübəsindən çox istifadə etdik. Buna görə də Azərbaycana təşəkkür edirik”.