Rusiyaya 300 minə yaxın əcnəbinin girişi qadağan edildi

Rusiya Daxili İşlər Nazirliyi 290 min əcnəbi vətəndaşın ölkəyə girişi qadağan edib.

Bunu Rusiya Federasiyası Daxili İşlər Nazirliyinin rəhbəri, polis generalı Vladimir Kolokoltsev bildirib.

O qeyd edib ki, 290 min əcnəbinin Rusiyaya girişi 3 ildən 10 ilədək müddətə qadağan olunub və bu göstərici ötənilki rəqəmi iki dəfə üstələyib.