Qəbələdə təlim-məşq toplanışında olan 20 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının heyətində dəyişiklik baş verib.
AFFA-dan Teleqraf-a verilən məlumata görə, MOİK-in qapıçısı Elbrus Kərimovun əvəzinə "Sabah"ın qapıçısı Rüstəm Yarəhmədov kollektivə cəlb edilib.
Qeyd edək ki, U-20 noyabrın 15-dək Qəbələdə, ayın 16-dan 21-dək Bakıda təlim-məşq toplanışında olacaq.