Həsən Həsənov Füzuli aeroportunun əməkdaşı imiş, İmişlidəki qəzada öldü

İmişli-Kürdəmir avtomobil yolunun İmişli rayonunun Ağaməmmədli kəndi ərazisindən keçən hissəsində baş verən ağır yol-nəqliyyat hadisəsi ilə bağlı bəzi yeni detallar məlum olub.

Oxu.Az-a istinadən, KIA markalı minik avtomobilinin sürücüsü, 1988-ci il təvəllüdlü Həsən Həsənov Füzuli Hava Limanının əməkdaşı olub.

Qeyd edək ki, DAF markalı yük avtomobili ilə KIA markalı minik avtomobilinin toqquşması nəticəsində 2 nəfər ölüb, 1 nəfər yaralanıb.