Gəncədə yeniyetmə 5-ci mərtəbədən yıxılıb - Vəziyyəti ağırdır

Gəncədə 15 yaşlı yeniyetmə yaşayış binasının 5-ci mərtəbəsindən yıxılaraq ağır xəsarət alıb.

Hadisə şəhərin Yeni Gəncə yaşayış massivində qeydə alınıb.

Belə ki, 2011-ci il təvəllüdlü Ömər Rzayev binanın 5-ci mərtəbəsindən yıxılıb.

Ağır xəsarət alan yeniyetmə xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.