Bakıda avtomobil qəzası baş verib, ölən var

Bakının Xətai rayonu ərazisində yol nəqliyyatı hadisəsi zamanı sürücü ölüb.

Teleqraf-ın əldə etdiyi xəbərə görə, qəza NZS qəsəbəsində qeydə alınıb.

1993-cü il təvəllüdlü Allahverdiyeva Səma sevgilisinin avtomobilinə sərnişin qismində əyləşib.

İdarəetmədən çıxan maşın yük avtomobilinə çırpılıb.

Qəza nəticəsində sürücü ölüb. S.Allahverdiyeva ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.