ABŞ İranla razılaşma əldə olunacağı təqdirdə Tehranın 6–9 milyard dollar həcmində dondurulmuş aktivini azad etməyə hazırdır.
Bu barədə “Əl-Ərəbiyyə” telekanalı mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, Qətər və Pakistanın vasitəçiliyi tərəflər arasında danışıqların bərpasına kömək edib.
Mümkün razılaşmanın Hörmüz boğazının açılmasını və İrana tətbiq olunan dəniz blokadasının dərhal aradan qaldırılmasını da nəzərdə tutduğu bildirilir.