Bakı, 10 noyabr, AZƏRTAC2020-ci il noyabrın 10-da Azərbaycan, Rusiya və Ermənistan liderləri tərəfindən imzalanmış üçtərəfli Bəyanat Cənubi Qafqazın müasir siyasi tarixində dönüş nöqtəsi oldu. Sənədin meydana çıxmasını şərtləndirən başlıca amil Ermənistanın uzun illər davam etdirdiyi işğal siyasətinin 44 günlük Vətən müharibəsində hərbi yolla iflasa uğraması idi. Azərbaycan Ordusunun ardıcıl uğurları, xüsusilə noyabrın 8-də Qarabağın rəmzi olan Şuşanın azad edilməsi Ermənistanın hərbi müqavimət imkanlarını ciddi şəkildə məhdudlaşdırdı. Azərbaycan silahlı qüvvələrinin irəliləməsi fonunda müharibənin davam etdirilməsi Ermənistan üçün daha ağır nəticələr vəd edirdi. Belə şəraitdə İrəvan döyüş əməliyyatlarının dayandırılmasını və üzərinə konkret öhdəliklər götürməyi qəbul etdi. Üçtərəfli bəyanat məhz bu səbəbdən Ermənistan üçün hərbi-siyasi kapitulyasiya xarakteri daşıyırdı. Ermənistan hərbi birləşmələrinin Ağdam, Kəlbəcər və Laçın rayonlarından çıxarılması, Azərbaycanın döyüş meydanında əldə etdiyi nəticələrin rəsmiləşdirilməsi və regionda nəqliyyat əlaqələrinin açılması barədə müddəalar əvvəlki status-kvonun aradan qalxdığını göstərirdi. Bununla da Azərbaycan öz ərazi bütövlüyünün bərpası istiqamətində həlledici mərhələni başa vuraraq, sonrakı siyasi proseslərin əsas istiqamətlərini müəyyənləşdirmək imkanı qazandı.Bu fikirləri AZƏRTAC-a açıqlamasında Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzinin şöbə müdiri, siyasi elmlər üzrə fəlsəfə doktoru Mətin Məmmədli söyləyib. Azərbaycanın irəli sürdüyü sülh təşəbbüsləri O qeyd edib ki, 2020-ci ildən sonrakı dövrün səciyyəvi xüsusiyyəti Azərbaycanın hərbi qələbəni davamlı siyasi nəticəyə çevirmək xətti oldu. Rəsmi Bakı münaqişənin başa çatdığını bəyan etməklə, Ermənistanla münasibətlərin beynəlxalq hüququn prinsipləri əsasında normallaşdırılmasını təklif etdi. Bu baxımdan, sülh gündəliyi kənardan təqdim edilmiş hazır model deyil, ilk növbədə, Azərbaycanın irəli sürdüyü siyasi təşəbbüslər üzərində formalaşdı. Ermənistanın uzun müddət konkret sülh sazişi üzrə danışıqlara keçməkdə tərəddüd etməsi fonunda Bakı münasibətlərin normallaşmasının hüquqi çərçivəsini özü müəyyənləşdirdi. Bunun ən aydın nümunəsi Azərbaycan Xarici İşlər Nazirliyinin 2022-ci il martın 14-də açıqladığı beş baza prinsipidir. Həmin prinsiplər dövlətlərin suverenliyinin, ərazi bütövlüyünün və sərhədlərinin toxunulmazlığının qarşılıqlı tanınmasını; bir-birinə qarşı ərazi iddialarının olmamasının təsdiqini və gələcəkdə belə iddialardan imtinanı; güc tətbiqindən və güclə hədələmədən çəkinməyi; sərhədlərin delimitasiyası və demarkasiyasını, diplomatik münasibətlərin qurulmasını; nəqliyyat-kommunikasiya əlaqələrinin açılmasını nəzərdə tuturdu. Sonrakı danışıqların əsas mövzuları məhz bu müddəalar əsasında müəyyənləşdi. Beləliklə, Azərbaycan yalnız sülh çağırışı etmədi, həm də onun predmetini və hüquqi meyarlarını konkretləşdirdi.2022-ci ilin oktyabrında Azərbaycan və Ermənistan liderlərinin Praqa bəyanatı qəbul olundu və bu bəyanatda hər iki ölkə BMT Nizamnaməsinə və 1991-ci il Alma-Ata Bəyannaməsinə sadiqliklərini təsdiqlədi, bir-birinin ərazi bütövlüyünü və suverenliyini tanıdılar. Bu razılaşma Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü, o cümlədən Qarabağ üzərində suverenliyini tanıması baxımından dönüş nöqtəsi hesab olunur. Azərbaycanın konstitusiya quruluşu bütün ərazidə bərpa edildi "Paralel olaraq, Azərbaycan 2020-ci il bəyanatının tam icrası, xüsusilə Ermənistan silahlı qüvvələrinin qalıqlarının ölkə ərazisindən çıxarılması və suverenliyin bütün ərazilərdə təmin olunması mövqeyini ardıcıl müdafiə etdi. 2023-cü ilin sentyabrında həyata keçirilən lokal antiterror tədbirləri nəticəsində Qarabağda qanunsuz silahlı strukturların, qondarma-cinayətkar rejimin fəaliyyətinə son qoyuldu və Azərbaycanın konstitusiya quruluşu bütün ərazidə bərpa edildi. Bununla separatizmin saxlanılması üzərindən təzyiq imkanları aradan qalxdı. 2024-cü ildə Rusiya sülhməramlı kontingentinin Azərbaycandan çıxması da müharibədən sonrakı keçid mərhələsinin yekunlaşmasının göstəricisi oldu",- deyə M.Məmmədli vurğulayıb. Ekspert bildirib ki, daha sonra iki ölkə arasında sərhədlərin müəyyən edilməsi (delimitasiya və demarkasiya) istiqamətində ciddi irəliləyiş müşahidə edildi. Belə ki, 2024-cü ildə sərhəd komissiyaları arasında razılaşma nəticəsində həmin ilin mayın 24-də Qazax rayonunun dörd kəndinin - Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrimli və Qızılhacılının Azərbaycana qaytarılması istiqamətində praktiki addımlar atıldı. Bu proses sərhədlərin müəyyənləşdirilməsinin üçüncü tərəfin siyasi diktəsi olmadan, birbaşa ikitərəfli dialoq əsasında mümkünlüyünü nümayiş etdirdi. Eyni zamanda, sülh prosesində ərazi bütövlüyünün qarşılıqlı tanınması və dövlətlərarası münasibətlərin qurulması kimi məsələlərin üstün mövqeyə keçməsi Bakının irəli sürdüyü yanaşmanın təsirini göstərdi. Üçtərəfli Bəyanatdan Vaşinqton görüşünə "2025-ci il avqustun 8-də Vaşinqtonda keçirilən sammit sülh prosesinin diplomatik müstəvidə irəliləməsi və regionda davamlı sabitliyin təmin olunması baxımından mühüm mərhələ kimi tarixə düşdü.Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın Baş naziri Nikol Paşinyan və ABŞ Prezidenti Donald Trampın iştirakı ilə keçirilən görüş çərçivəsində Azərbaycan və Ermənistan xarici işlər nazirləri sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında saziş layihəsinin razılaşdırılmış mətnini parafladılar. Birgə bəyannamədə sərhədlərin toxunulmazlığı, güc yolu ilə ərazi əldə edilməsinin yolverilməzliyi, nəqliyyat əlaqələrinin açılması və Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında maneəsiz bağlantı məsələləri əks olundu. Ermənistan ərazisindən keçəcək bağlantı üzrə TRIPP təşəbbüsü də gündəliyə daxil edildi. Sammit yekun sülh müqaviləsinin imzalanmasına deyil, onun imzalanmasına aparan siyasi-hüquqi mərhələ idi.Vaşinqton görüşünün digər əhəmiyyətli nəticəsi ATƏT-in Minsk prosesinin və onunla bağlı strukturların bağlanması üçün Azərbaycanla Ermənistanın birgə müraciət etməsi oldu. ATƏT 2025-ci il sentyabrın 1-də müvafiq qərar qəbul etdi, bağlanma prosedurları noyabrın 30-da tamamlandı. Beləliklə, artıq mövcud olmayan münaqişəyə aid köhnə vasitəçilik mexanizmi institusional baxımdan da tarixə qovuşdu. Bu qərar Azərbaycanın münaqişənin başa çatması barədə uzun müddətdir müdafiə etdiyi mövqeyə uyğun idi", - deyə o deyib. Qarşıdurma mərhələsindən praktiki normallaşmaya M.Məmmədli, həmçinin vurğulayıb ki, son altı ilin nəticələri Azərbaycan və Ermənistan arasında münasibətlərin qarşıdurma mərhələsindən tədricən çıxaraq, praktiki normallaşma istiqamətində inkişaf etdiyini göstərir.Genişmiqyaslı hərbi əməliyyatların dayandırılması, sərhədlərin müəyyənləşdirilməsi üzrə əməkdaşlıq, sülh sazişi mətninin paraflanması və regional bağlantılar barədə razılaşmalar faktiki sülh şəraitinin formalaşdığını deməyə əsas verir. Bununla belə, faktiki sülh hələ tam hüquqi rəsmiləşmə demək deyil. Müsbət dinamikanın dayanıqlı nəticəyə çevrilməsi qarşılıqlı öhdəliklərin icrasından, xüsusilə Ermənistanın əməli siyasi qərarlarından asılıdır.
Bu gün
686 xəbər bu gün
Azərbaycanda dövlət ümumi təhsil müəssisələrində 2026/2027-ci tədris ili üzrə payız tətili noyabrın 16-da başlayacaq. Tətil noyabrın 20-dək davam edəcək. Noyabrın 21-i və 22-si şənbə...
Bakı şəhəri, Səbail rayonunda yerləşən Dənizkənarı Milli Park ərazisində bir nəfər dənizdə köməksiz vəziyyətdə qalıb. Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Bildirilib ki, hadisə yerinə FHN-in Kiçikhəcmli…
Vaşinqton Əbu-Dabidə (BƏƏ) keçiriləcək danışıqlar zamanı sülh sazişinin əldə olunacağına ümid bəsləmir, lakin Rusiya və Ukraynanın münaqişənin həllinə dair mövqelərini dəqiqləşdirməyi hədəfləyir. Bu barədə "CBS News"…
Azərbaycanda işsizlikdən sığorta haqqının yalnız nağdsız formada ödənilməsi nəzərdə tutulur. Bu, "İşsizlikdən sığorta haqqında" qanunda dəyişiklik edilməsi haqqında layihəsində öz əksini tapıb. Sənədə əsasən, hər ay üçün…
Qazax şəhərində minik avtomobili yanıb. Bununla bağlı Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidməti Qazax Rayon Yanğından Mühafizə Hissəsinin…
Bakıda torpaq sahələri sürətlə bahalaşır. Oktyabr ayında paytaxt üzrə torpağın orta qiyməti 17,9 faiz artıb. Ən yüksək bahalaşma Səbail, Yasamal və Nəsimi rayonlarında qeydə…
Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 6,56 ABŞ dolları və ya 6,1 % azalaraq 100,9 ABŞ dolları təşkil edib. Bu barədə neft bazarındakı mənbə məlumat verib. Hərracların nəticələrinə…
ABŞ və İran arasında pərdəarxası diplomatik təmaslar yenidən qızışıb. Vaşinqton və Tehran dondurulmuş aktivlərin azad olunması, uranın zənginləşdirilməsi səviyyəsinin endirilməsi və beynəlxalq müfəttişlərin ölkəyə…
Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutu təmirə bağlanır. Baku.ws-ə istinadən, institutun fəaliyyətinin müvəqqəti olaraq başqa ünvanda davam etdirilməsi ilə bağlı qərar qəbul olunub.Bu məqsədlə Səhiyyə Nazirliyinin…
Отмечается, что урегулирование украинского конфликта будет лишь одним из пунктов масштабных переговоров.
Президент США Дональд Трамп прокомментировал скандал вокруг гендиректора компании Nvidia Дженсена Хуанга, который признался в измене жене и в романе с китаянкой, заподозренной в шпионаже....
Dünya bazarında qızılın qiymətində artım qeydə alınıb. "APA-Economics" xəbər verir ki, qızılın bir troya unsiyasının spot qiyməti 17,47 ABŞ dolları və ya 0,42% artaraq 4 122,35 ABŞ dollarına yüksəlib.
BMW и Volkswagen предупредили владельцев своих машин в Китае о мошеннической рассылке: злоумышленники сообщают, что машина якобы попала под отзывную кампанию, и под этим предлогом пытаются получить доступ к персональным…
Qazax şəhərində "QAZ-24" markalı minik avtomobilində yanğın baş verib. Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, hadisə barədə "112" qaynar telefon xəttinə məlumat daxil…
Стала известна дата проведения первого официального матча на городском стадионе Ханкенди после реконструкции. Как сообщили Day.Az в Профессиональной футбольной лиге Азербайджана, 19 ноября на этом стадионе состоится матч…
Xankəndi şəhər stadionunda yenidənqurmadan sonra keçiriləcək ilk rəsmi oyunun vaxtı məlumdur. Peşəkar Futbol Liqasından verilən məlumata görə, noyabr ayının 19-da 1-ci Liqanın 8-ci turu çərçivəsində baş tutacaq…
“Voll Strit Jurnal”
FHN
Azərbaycan COP31 çərçivəsində Xəzərin külək potensialının investisiya imkanlarını təqdim edib. Bunu energetika naziri Pərviz Şahbazov "X" sosial şəbəkəsində hesabında bildirib. "COP31 çərçivəsində Türkiyənin Enerji və…
Astrofiziklərin yeni hesablamalarına görə, Günəş sistemi əvvəllər düşünüldüyündən daha tez sabitliyini itirə bilər. Bunun əsas səbəbi Günəşin təkamülünün son mərhələlərində kütləsini qeyri-bərabər şəkildə itirməsidir…
Bu mövsüm premyer-liqada rəqabət xeyli artıb. İddialı komandalar çoxdu, hər oyunda meydanda didişmə gedir. Ötən mövsüm 3-cü yeri tutan, lakin məlum qadağa səbəbindən Konfrans Liqasındakı yerini “Zirə”yə verən “Turan…
ABŞ Prezidenti Donald Tramp Müdafiə Naziri Pit Heqsetin vəzifədən azad edilməsi cəhdlərinə reaksiya verərək Heqsetin vəzifədən azad edilməkdənsə, tərifə layiq olduğunu bildirib. Sosial media paylaşımında Tramp Heqseti…
Vəkillər Kollegiyasının (VK) sədri Anar Bağırovun rəhbərlik etdiyi nümayəndə heyəti Gürcüstan Vəkillər Kollegiyasının (GVK) dəvəti ilə Tbilisi şəhərində səfərdə olub. Bu barədə kollegiyadan məlumat verilib. Bildirilib…
"Atəşgah Həyat Sığorta" ASC bu ilin yanvar-sentyabr aylarını 12,911 milyon manat xalis mənfəətlə başa vurub. Şirkətin maliyyə hesabatına istinadən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 55,1 % çoxdur. 9 ayda "Atəşgah…
Bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib. Bildirilib ki, "112" qaynar telefon xəttinə Bakı şəhəri, Səbail rayonunda yerləşən Dənizkənarı Milli Park ərazisində 1 nəfərin dənizdə köməksiz vəziyyətdə qalması…
Gürcüstan Daxili İşlər Nazirliyinin Miqrasiya Departamenti son günlərdə 91 xarici vətəndaşı ölkədən deportasiya edib. Bu barədə ölkənin Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb. Bildirilib ki, deportasiya tədbirləri…
Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutu təmirə bağlanır.
Vaşinqton Əbu-Dabidə keçiriləcək danışıqlarda sülh sazişinin əldə edilməsini gözləmir, lakin Rusiya və Ukraynanın mövqelərini dəqiqləşdirərək kompromis axtarmağı planlaşdırır. Danışıqlar noyabrın 10-11-də baş tutacaq.
Ermənistanın Baş naziri Nikol Paşinyan BMT-nin iqlim dəyişikliyi üzrə konfransına qatılmaq məqsədilə Türkiyəyə səfər edəcək. Bu barədə "İnterfaks" məlumat yayıb. Baş nazirin mətbuat katibi Melanya Arutyunyan Ermənistan…
Azərbaycanda dövlət ümumi təhsil müəssisələrində 2026/2027-ci tədris ili üzrə payız tətili noyabrın 16-da başlayacaq. Medianews.az xəbər ver...
Bakı, 10 noyabr, AZƏRTAC Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Qazax şəhərində avtomobildə yanğın baş verməsi barədə məlumat daxil olub.FHN-dən AZƏRTAC-a bildirilib ki, məlumatla əlaqədar dərhal…
Bakı, 10 noyabr, AZƏRTAC Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrında Zəfər Gününə həsr olunmuş “Balaca kişilər” tamaşası nümayiş etdirilib.AZƏRTAC xəbər verir ki, şəhid analarının və qazilərin də izlədiyi tədbirdə…
Bakı, 10 noyabr, AZƏRTAC 8 Noyabr – Zəfər Günü münasibətilə Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrının yaradıcı kollektivi və solistlərinin iştirakı ilə xüsusi videoçarx hazırlanıb.Teatrdan AZƏRTAC-a…
Bakı, 10 noyabr, AZƏRTAC2020-ci il noyabrın 10-da Azərbaycan, Rusiya və Ermənistan liderləri tərəfindən imzalanmış üçtərəfli Bəyanat Cənubi Qafqazın müasir siyasi tarixində dönüş nöqtəsi oldu. Sənədin meydana çıxmasını…
Naxçıvan, 10 noyabr, AZƏRTACTürkiyə Cümhuriyyətinin qurucusu, böyük öndər Mustafa Kamal Atatürkün əbədiyyətə qovuşmasının 88-ci ildönümünü, Atatürkün “Türk qapısı” adlandırdığı Naxçıvanda anmaq üçün bir araya gəlmişik…
Prezident R.T.Ərdoğanın başçılıq etdiyi rəsmi heyət Atatürkün vəfat etdiyi saat 09.05-də bir dəqiqəlik sükutla onun xatirəsini yad edib
COP31 Konfransında Türkiyə Cümhuriyyətinin banisi, qazi Mustafa Kamal Atatürkün xatirəsi bir dəqiqəlik sükutla yad edilib
Qazaxda avtomobil yanıb.
Qazax şəhərində avtomobildə yanğın olub. Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.Bildirilib ki, əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidməti Qazax Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb…