ABŞ Əbu-Dabi danışıqlarında sülh sazişinin imzalanma ehtimalını qiymətləndirib

Vaşinqton Əbu-Dabidə keçiriləcək danışıqlarda sülh sazişinin əldə edilməsini gözləmir, lakin Rusiya və Ukraynanın mövqelərini dəqiqləşdirərək kompromis axtarmağı planlaşdırır. Danışıqlar noyabrın 10-11-də baş tutacaq.