Qubada avtomobil dərəyə yuvarlanıb - Ölən və yaralananlar var

Quba rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə rayonun Tüləkəran kəndi ərazisində qeydə alınıb. Belə ki, hərəkətdə olan “Niva” markalı avtomobil sürücünün idarəetməsindən çıxaraq dərəyə aşıb.

Qəza nəticəsində bir nəfər həyatını itirib, daha iki nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb. Yaralılar təcili tibbi yardım vasitəsilə xəstəxanaya yerləşdiriliblər.

Hadisənin səbəbləri araşdırılır.

Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu