Qubada avtomobil aşıb: Ölən var

Qubada avtomobil aşıb.

Ölkə.az Oxu.az-a istinadla bildirir ki, rayonun Tüləkəran kəndi ərazisində "Niva" markalı avtomobil idarəetmədən çıxaraq dərəyə yuvarlanıb.

Hadisə nəticəsində 1 nəfər ölüb, 2 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Xəsarət alanlar xəstəxanaya çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.