ABŞ-nin müdafiə naziri Pit Heqset ona qarşı mümkün impiçment prosedurundan narahat olmadığını bildirib.
Bu barədə Amerika mediası məlumat yayıb.
Mümkün vəzifədən uzaqlaşdırılması ilə bağlı suala cavab verən Heqset “Biz bundan narahat deyilik” deyib. O, noyabrın 10-da bu məsələ ilə bağlı mətbuat konfransı keçirəcəyini də bildirib.
Qeyd edək ki, Nümayəndələr Palatasının üzvü Tomas Massi Heqsetə qarşı impiçment təklifini yenidən səsverməyə çıxarmağı planlaşdırdığını açıqlayıb.
Bununla yanaşı, CNN-in məlumatına görə, ABŞ Prezidenti Donald Trampın siyasi mühitdə yaranmış vəziyyətə görə məsuliyyət daşıyacaq şəxslər axtara biləcəyi və Heqsetin mümkün namizədlərdən biri hesab olunduğu bildirilir. Tramp daha əvvəl müdafiə nazirinin fəaliyyətindən razı olduğunu bəyan edib.