Beş gün sonra işdən çıxarılan Trampın keçmiş sözçüsü geri qayıtmaq istəyir

Ağ Evin keçmiş mətbuat katibi Keti Zekəraya vəzifəsindən azad edildikdən sonra yenidən həmin posta qayıtmağa çalışır.

Bu barədə “New York Post” qəzeti ABŞ Prezidenti Donald Trampa yaxın mənbələrə istinadla məlumat yayıb.

Nəşrin məlumatına görə, oktyabrda təyinatından cəmi beş gün sonra işdən çıxarılan Zekəraya Trampın və Ağ Evin yeni aparat rəhbəri Stiven Millerin etimadını yenidən qazanaraq ikinci şans əldə etməyə çalışır.

Bu məqsədlə o, ABŞ Konqresinə aralıq seçkiləri işıqlandırmaq üçün mühafizəkar RSBN media şirkətinin efirinə çıxıb. Mənbələr hesab edirlər ki, Zekəraya bununla Trampın diqqətini cəlb etməyə ümid edib.

Bundan başqa, keçmiş mətbuat katibi ötən həftəsonu Trampın Floridadakı Mar-a-Laqo iqamətgahında da görüntülənib.

Qeyd edək ki, Ağ Evin mətbuat katibi vəzifəsi oktyabrın 16-dan vakantdır. Zekəraya bu postda cəmi beş gün çalışaraq 2017-ci ildə Ağ Evin kommunikasiya direktoru vəzifəsində qısa müddət işləmiş Entoni Skaramuççinin rekordunu geridə qoyub.

Tramp ötən həftə UFC rəhbəri Deyna Uayta mətbuat katibi vəzifəsini təklif etdiyini açıqlasa da, sonradan bunun zarafat olduğunu bildirib.