Türkiyə Ukraynada davam edən müharibənin ədalətli həllinə nail olmaq üçün səylərini davam etdirəcək.
Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra keçirdiyi mətbuat konfransında bildirib.
“Türkiyə Ukraynadakı müharibənin ədalətli həllinin tərəfdarıdır”, – deyə Ərdoğan bildirib.
O vurğulayıb ki, Ankara bu məqsədə nail olmaq üçün diplomatik səylərini davam etdirəcək.