Britaniyalı aktyor Robert Pattinsonun növbəti “Ceyms Bond” filmində "Agent 007" roluna namizədlər arasındadır.
Bu barədə “The Hollywood Reporter" məlumat yayıb.
Bildirilib ki, aktyor Ceyms Bond obrazı üçün kastinqdə iştirak edib. O, bu rol uğrunda Kallum Törner, Cek Laudon və Coş O'Konnorla rəqabət aparacaq.
Qeyd edək ki, filmin çəkilişləri üçün namizədlərin sınaq çəkilişləri oktyabrın 24-də keçirilib.