Bakı, 9 noyabr, AZƏRTAC Bayraq sadəcə dövlətin rəsmi atributu deyil. O, xalqın tarixi yaddaşını, siyasi iradəsini, milli kimliyini və müstəqillik uğrunda mübarizəsini özündə birləşdirən mühüm dövlətçilik rəmzidir. Bu baxımdan 9 Noyabr - Dövlət Bayrağı Günü yalnız milli rəmzlərimizə ehtiram günü deyil, Azərbaycanın dövlətçilik ənənələrinin, tarixi varisliyinin və suverenlik iradəsinin təntənəsidir.Bunu AZƏRTAC-a açıqlamasında politoloq Aydın Tağıyev deyib.O bildirib ki, Azərbaycanın üçrəngli bayrağı 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması ilə milli dövlətçilik ideyasının siyasi-hüquqi müstəvidə təsdiqlənməsinin mühüm təzahürlərindən biri oldu. Bu, milli-mənəvi dəyərlərlə müasir dövlət quruculuğu prinsiplərini uzlaşdıran siyasi ideologiyanı əks etdirirdi. Bu baxımdan üçrəngli bayrağın qəbulunu yalnız dövlət atributunun müəyyənləşdirilməsi kimi deyil, Azərbaycanın öz tarixi kimliyinə söykənərək müstəqil siyasi iradə nümayiş etdirməsinin və dövlətçilik legitimliyini formalaşdırmasının mühüm mərhələsi kimi qiymətləndirmək lazımdır. Milli azadlıq hərəkatının geniş vüsət aldığı və sovet siyasi sisteminin dərin böhran yaşadığı mürəkkəb tarixi şəraitdə üçrəngli bayrağın yenidən dövlətçilik gündəminə gətirilməsi Azərbaycanın suverenlik iradəsinin siyasi ifadəsi kimi xüsusi əhəmiyyət daşıyırdı. Bu kontekstdə Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisində qəbul edilən tarixi qərar təkcə milli dövlət rəmzinin bərpası deyil, həm də Azərbaycan Xalq Cümhuriyyətinin siyasi-hüquqi irsinə qayıdışın və müstəqil dövlətçilik kursunun institusional əsaslarının formalaşdırılmasının mühüm göstəricisi idi. Siyasi baxımdan həmin qərarın əsas mahiyyəti ondan ibarət idi ki, Azərbaycan öz gələcəyini sovet ideoloji çərçivəsində deyil, milli kimliyinə, tarixi legitimliyinə və müstəqil suverenlik hüququna əsaslanan dövlətçilik modeli üzərində qurmaq iradəsini nümayiş etdirirdi. O qeyd edib ki, müstəqil dövlət quruculuğunun müasir mərhələsində Prezident İlham Əliyevin dövlət bayrağının siyasi və ictimai statusunun möhkəmləndirilməsi istiqamətində həyata keçirdiyi təşəbbüslər milli dövlətçilik ideologiyasının institusional əsaslarının gücləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Dövlət Bayrağı Meydanının yaradılması, Dövlət Bayrağı Gününün təsis edilməsi və Bayraq Muzeyinin fəaliyyətə başlaması üçrəngli bayrağın tarixi irsdən müasir dövlət suverenliyinin mühüm siyasi rəmzinə çevrilməsinə xidmət edən ardıcıl siyasətin tərkib hissəsidir. Bu təşəbbüslər Azərbaycanın dövlətçilik kimliyinin beynəlxalq müstəvidə təqdimatını gücləndirməklə yanaşı, milli yaddaşın və ictimai həmrəyliyin möhkəmləndirilməsinə də mühüm töhfə verdi. Digər tərəfdən, Vətən müharibəsində qazanılan şanlı Zəfərdən sonrakı geosiyasi reallıqlar, ərazi bütövlüyünün və dövlət suverenliyinin bərpası Azərbaycan bayrağının siyasi məzmununa yeni tarixi çalarlar əlavə etdi. Şuşada, Xankəndidə və ölkənin digər ərazilərində üçrəngli bayrağın dalğalanması milli dövlətçilik iradəsinin və konstitusion suverenliyin simvolik ifadəsinə çevrildi. Məhz bu kontekstdə Azərbaycan bayrağı həm qazanılmış tarixi nailiyyətlərin, həm də qarşıdakı strateji hədəflərin, müstəqil xarici siyasət kursunun və dövlətçilik məsuliyyətinin təcəssümüdür.“Xüsusilə qeyd edim ki, üçrəngli bayrağımızın siyasi-fəlsəfi mahiyyəti onun rənglərinin ifadə etdiyi ideyaların müasir dövlətçilik məqsədləri ilə uzlaşmasında da özünü göstərir. Milli kimlik, müasirləşmə və mənəvi irs Azərbaycan dövlətinin tarixi və strateji inkişaf istiqamətlərini müəyyənləşdirən əsas dəyərlərdir. Bu dəyərlərin qorunması və inkişaf etdirilməsi Azərbaycanın türk dünyası ilə əlaqələrinin möhkəmləndirilməsi, beynəlxalq əməkdaşlığının genişləndirilməsi, iqtisadi tərəqqisi və müasir dövlət institutlarının inkişafı baxımından mühüm əhəmiyyət daşıyır”, – deyə politoloq əlavə edib.A.Tağıyev qeyd edib ki, nəticə etibarilə, Dövlət Bayrağı Günü Azərbaycanın tarixi yaddaşını, milli kimliyini və suverenlik iradəsini vahid dövlətçilik məfkurəsində birləşdirən əlamətdar gündür. Onun ucalığı yalnız dirəyinin hündürlüyü ilə deyil, təmsil etdiyi dövlətin gücü, hüquqi institutlarının möhkəmliyi, cəmiyyətin həmrəyliyi və xalqın rifahı ilə ölçülür. Bayrağa ehtiram, əslində, dövlətçiliyə, tarixə və gələcək nəsillər qarşısında daşıdığımız məsuliyyətə ehtiramdır. Azərbaycanın üçrəngli bayrağı keçmişimizin istiqlal yadigarı, bu günümüzün suverenlik rəmzi və gələcəyimizin dövlətçilik əmanətidir. O, tarixdən gələn milli iradəmizi gələcəyə daşıyan, müstəqil Azərbaycan dövlətinin siyasi kimliyini və əbədi varlığını təcəssüm etdirən müqəddəs rəmzdir.
Bu gün
35 xəbər bu gün
Fransanın xarici işlər naziri Jan-Noel Barro İran İslam İnqilabı Keşikçiləri Korpusunu (SEPAH) Avropanın müxtəlif ölkələrindəki mağazaların soyuducu sistemlərinin sıradan çıxmasına səbəb olan haker hücumlarında iştirak…
Bu gün Türkiyə Cümhuriyyətinin qurucusu və ilk Prezidenti Mustafa Kamal Atatürkün vəfatından 88 il ötür.
Macarıstanda keçmiş Baş nazir Viktor Orbanın qardaşı Aron Orban insan qaçaqçılığı və nüfuz alveri şübhəsi ilə hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. “Euronews” xəbərinə görə, qərar ölkənin yeni Baş naziri Peter…
Dünyanın ən böyük çip istehsalçısı “Nvidia” şirkətinin həmtəsisçisi və baş direktoru Jensen Huanq şəxsi həyatı ilə bağlı gözlənilməz etiraf edib. 63 yaşlı milyarder işçilərinə göndərdiyi daxili mesajda 1985-ci ildən bəri…
ABŞ Prezidenti Donald Tramp Konqresə seçkilərin saxtalaşdırıldığını iddia edib. ABŞ Prezidenti bu barədə sosial şəbəkədə paylaşımında bildirib. "Doğrudanmı kimsə bu “seçkinin” dürüst keçirildiyinə inanır? Sorğuların…
Türkiyənin İzmir vilayətinin Aliağa rayonunda yerləşən HABAŞ Dəmir-Polad Zavodunda baş verən və 16 nəfərin həyatına son qoyan partlayışla bağlı 6 şübhəli şəxs saxlanılıb. Bu barədə “TRT Haber” xəbər verir. Bildirilib ki…
44 günlük Vətən müharibəsi zamanı Ermənistan silahlı qüvvələrinin Tərtər şəhərini artilleriya atəşinə tutmasından 6 il ötür.
Qanuna əsasən, təşkilatın yığıncaq keçirməsi, eləcə də onun üçün birbaşa və ya dolayı yolla pul və yardım toplanması qadağan edilir. Təşkilata və onun üzvlərinə məxsus bütün aktivlər dondurulur. Bu tədbir Müsəlman…
Beynəlxalq Peşəkar Futbolçular Federasiyası (FİFPro) ilin rəmzi komandasını açıqlayıb. Bizim.Media xəbər verir ki, 73 ölkədən 20 min peşəkar futbolçunun səsverməsi ilə müəyyənləşən komandaya 1 qapıçı, 3 müdafiəçi, 3…
Bu gün - noyabrın 10-u Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında üçtərəfli Bəyanatın imzalanmasının ildönümüdür. Bizim.Media xəbər verir ki…
Türkiyənin İzmir vilayətinin Aliağa rayonunda yerləşən HABAŞ Dəmir-Polad Zavodunda baş verən və 16 nəfərin həyatına son qoyan partlayışla bağlı 6 şübhəli şəxs saxlanılıb. Modern.az bu barədə "TRT Haber"ə istinadən xəbər…
Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) sədri Füzuli Rzaquliyev vəfat edib. Oxu.Az-a istinadən, o, bu gün dünyasını dəyişib. Birinci Qarabağ müharibəsinin iştirakçısı olan Füzuli Rzaquliyevin…
Bakı, 10 noyabr, AZƏRTAC Cüdo üzrə yeniyetmə oğlanlardan ibarət Azərbaycan milli komandası Yaponiyada beynəlxalq təlim-məşq toplanışına başlayıb.Azərbaycan Cüdo Federasiyasından AZƏRTAC-a verilən məlumata görə, üç həftə…
2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi 44 gün sonra - noyabrın 9-da sona çatdı. Həmin gün müharibəni sonlandıran Üçtərəfli Bəyanatın imzalanmasından altı il ötür.Metbuat.az xatırladır ki, 2020-ci il…
Bu gün Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında üçtərəfli Bəyanatın imzalanmasının ildönümüdür.Oxu24.com-un məlumatına görə, 2020-ci il…
Azərbaycan, Braziliya, Türkiyə və Avstraliyanın birgə hazırladığı “Belém Missiyası – 1,5°C” hesabatı Türkiyənin Antalya şəhərində keçirilən COP31 çərçivəsində ictimaiyyətə təqdim olunub. Hesabatın əsas məqsədi Paris…
Климатические изменения могут привести к сокращению доступа к воде в сельском хозяйстве Азербайджана, повышению риска наводнений и усилению нагрузки на водохранилища. Подобные прогнозы содержатся в...
27 сентября 2020 года в ответ на широкомасштабную провокацию армянских вооруженных сил вдоль линии фронта азербайджанская армия начала контрнаступательную операцию, получившую впоследствии название "Железный кулак"…
27 сентября 2020 года в ответ на широкомасштабную провокацию армянских вооруженных сил вдоль линии фронта азербайджанская армия начала контрнаступательную операцию, получившую впоследствии название "Железный кулак"…
10 ноября Президент Азербайджанской Республики Ильхам Алиев обратился к народу. Обращение Президента Ильхама Алиева "Дорогие соотечественники. Сегодня исторический день для нашей страны. Сегодня прекращается…
Türkiyədə
Güclü qar
"Röyters"
Bu gün Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında üçtərəfli Bəyanatın imzalanmasının ildönümüdür
Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi ərəb koalisiyası Yəməndə fəaliyyət göstərən “Ənsar Allah” hərəkatına bağlı husilərin bir neçə ballistik raket istehsalı müəssisəsini məhv etdiyini açıqlayıb
Türkiyə Antalyada keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə 31-ci Konfransı (COP31) çərçivəsində təşkil olunacaq liderlər sammitinə İsrail hökumətini dəvət etməyib
Noyabrın 8-də Şuşa şəhərində 8 Noyabr – Zəfər Günü və Şuşa Şəhər Günü münasibətilə konsert proqramı keçirilib
Türkiyə Silahlı Qüvvələrinin İraq Kürdüstanı muxtar bölgəsində yerləşən Zlikan hərbi bazasındakı kontingenti 2026-cı ilin sonunadək tamamilə çıxarılacaq
Bu gün Türkiyə Cümhuriyyətinin qurucusu, ölkənin ilk prezidenti Mustafa Kamal Atatürkün vəfatından 88 il ötür.
“Palmali” Şirkətlər Qrupunun prezidenti Mübariz Mənsimov 8 Noyabr – Zəfər Gününün 6-cı ildönümü münasibətilə Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevə təbrik məktubu ünvanlayıb…
Rusiya və Ukrayna nümayəndə heyətləri 10-11 noyabr tarixlərində ABŞ-nin vasitəçiliyi ilə münaqişənin həlli üzrə danışıqların yeni mərhələsinin keçirilməsi planlaşdırılan Əbu-Dabiyə yola düşüblər. Bu, fevral ayından bəri…
Quba rayonunun yüksək dağlıq ərazilərində güclü qar yağıb. "Xəzər" TV-yə istinadən, qar ən çox Qrız kəndinə düşüb. Burada qar örtüyünün hündürlüyü 27 santimetrə, Xınalıqda isə 25...
Türkiyə 2026-cı ilin noyabrında başladığı hərbi qüvvələrin İraqın Başika bölgəsindəki Zilkan hərbi bazasından mərhələli çıxarılması prosesini ilin sonunadək başa çatdıracaq.
Noyabrın əvvəlində astroloqlar təhlükəsiz göründüyü üçün tanış olan şeylərə yapışmamağı məsləhət görürlər. Astroloji şərhlərə görə, bu dövr Qoç, Şir və Əqrəb üçün xüsusilə əhəmiyyətli ola bilər. Bu bürclərin hər biri…
Ukrayna ABŞ-ın vasitəçiliyi ilə Birləşmiş Ərəb Əmirliklərində Rusiya ilə keçiriləcək danışıqların ilk raundunda ciddi irəliləyiş gözləmir, lakin növbəti görüşlərdən daha konkret nəticələrə ümid edir. Bunu Ukrayna Ali…
Almaniyanın hakim partiyaları ölkənin ilk qadın prezidenti vəzifəsinə 61 yaşlı Xristian-Sosial İttifaqının (XSU) nümayəndəsi İlze Ayqnerin namizədliyi ətrafında birləşiblər. Bu barədə "Associated Press" məlumat yayıb…
Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya qüvvələri Yəməndə husi üsyançılarına məxsus bir neçə ballistik raket istehsalı müəssisəsini məhv edib. Bu barədə alyansın sözçüsü Turki əl-Maliki deyib. "Ballistik raket…
2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi 44 gün sonra - noyabrın 9-da sona çatdı. Həmin gün müharibəni sonlandıran Üçtərəfli Bəyanatın imzalanmasından altı il ötür.
Quba rayonunun yüksək dağlıq ərazilərində güclü qar yağıb.
İspaniya La Liqasında oktyabrın ən yaxşı oyunçusu müəyyənləşib. "Barselona"da çıxış edən Lamin Yamal ötən ayın ən yaxşısı seçilib. Bu barədə turnirin mətbuat xidməti məlumat yayıb…
Almaniyanın kansleri Fridrix Merts Ukraynanın maliyyələşdirilməsinə dair zəmanətlər büdcəyə daxil edilməyəcəyi təqdirdə Avropa İttifaqının (Aİ) növbəti yeddiillik büdcəsini bloklamaqla hədələyib. Bu barədə "Financial…
Rusiyanın Gümrüdəki hərbi bazasının hərbçilərinin iştirakı ilə baş verən növbəti insidentdən sonra iki rusiyalı hərbçi həbs olunub. Bu barədə “Azadlıq” radiosunun Ermənistan xidməti məlumat yayıb. Onlar Ermənistanda…