Rusiya Prezidenti Vladimir Putinin Mayamidə keçiriləcək Böyük İyirmiliyin (G20) sammitinə mümkün səfəri, həmçinin orada Almaniya kansleri Fridrix Merts ilə təmasları barədə danışmaq hələlik çox tezdir.
Bunu Putinin mətbuat katibi Dmitri Peskov "TASS" agentliyinə açıqlamasında bildirib.
O, Rusiya Prezidentinin sammitə getmək imkanları və tədbir çərçivəsində Merts ilə görüş ehtimalı barədə suala qısaca "Bəli. Hələlik tezdir", - deyə cavab verib.
Qeyd edək ki, Fridrix Merts bir müddət əvvəl Vladimir Putinin G20 sammitinə gələcəyi təqdirdə, onunla görüşə biləcəyinə işarə vurmuşdu.