Qarabağın hər tərəfində sülh küləkləri əsir - Ərdoğan

Ərdoğan Qarabağda genişmiqyaslı quruculuq, tikinti və dirçəldilmə səfərbərliyi həyata keçirilir.

Bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra keçirdiyi mətbuat konfransında bildirib.

O, Azərbaycanın işğaldan azad edilən ərazilərində aparılan bərpa və quruculuq işlərindən danışıb.

Türkiyə liderinin sözlərinə görə, artıq Qarabağın hər tərəfində sülh küləkləri əsir və Türkiyə Azərbaycan tərəfinə hər cür dəstək göstərir.

Ərdoğan, həmçinin Qarabağın azadlığı uğrunda şəhid olanlara Allahdan rəhmət diləyib.