Şəmkirdə yol qəzasında iki nəfər xəsarət alıb

Şəmkirdə yol-nəqliyyat hadisəsi baş verib. APA-nın məlumatına görə, hadisə Şəmkir-Gədəbəy yolunda qeydə alınıb. Hərəkətdə olan iki avtomobil toqquşub. Qəza zamanı iki nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.