Viktor Orbanın qardaşı tutuldu

Macarıstanın keçmiş baş naziri Viktor Orbanın qardaşı Aron Orban insan alveri şübhəsi ilə saxlanılıb.

Bu barədə Macarıstanın baş naziri Peter Magyar “X” sosial şəbəkəsində məlumat yayıb.

O bildirib ki, Milli Aktivlərin Geri Qaytarılması və İnformasiya Təhlükəsizliyi İdarəsi, eləcə də Milli İstintaq Bürosu hadisə ilə bağlı araşdırmanı davam etdirir.

Macarıstanın “Kontroll” nəşri daha əvvəl polis əməliyyatı zamanı bir neçə nəfərin saxlanıldığını, onların arasında Viktor Orbanın qardaşının da ola biləcəyini yazıb.

“Telex” nəşri də əməliyyat barədə məlumat versə də, Arон Orbanın saxlanıldığını təsdiqləyə bilməyib.

Viktor Orban isə hadisəni siyasi rəqibinin aradan götürülməsinə yönəlmiş addım adlandıraraq hökumətin məsuliyyətə cəlb olunmasını tələb edib.