Krakovdakı terror aktından sonra beş nəfər saxlanılıb

Krakovdakı hadisədən sonra Kibercinayətkarlıqla Mübarizə üzrə Mərkəzi Büro internetdəki fəaliyyəti potensial təhlükə yarada biləcək beş nəfəri saxlayıb.

Bunu Polşa Daxili İşlər Nazirliyinin mətbuat katibi Karolina Qaletskaya bildirib.

Qeyd edək ki, noyabrın 7-də günorta saatlarında Krakovun mərkəzində atışma baş verib. Polşa vətəndaşı olan 24 yaşlı şəxs yoldan keçənlərə atəş açıb. Nəticədə iki əcnəbi də daxil olmaqla altı nəfər ölüb, Rusiya vətəndaşı da daxil olmaqla 15 nəfər yaralanıb.

Atəş açan şəxs saxlanılarkən yaralanıb və xəstəxanada ölüb. Polis onun mənzilində valideynlərinin və bacısının meyitlərini aşkarlayıb.

Hadisə terror aktı kimi araşdırılır. Polşada ümummilli matəm elan edilib.