Böyük Britaniya, Fransa və Almaniya nümayəndələri Əbu-Dabidə Ukrayna münaqişəsinin nizamlanmasına dair keçiriləcək üçtərəfli danışıqlarda iştirak etməyi planlaşdırırlar.
Bu barədə “Politico” nəşri məlumat yayıb.
Bildirilib ki, üç ölkəni görüşdə milli təhlükəsizlik üzrə müşavirlər təmsil edəcək. Lakin Avropa diplomatlarının danışıqlar prosesində birbaşa iştirakı hələlik nəzərdə tutulmur.
Adı açıqlanmayan almaniyalı rəsminin sözlərinə görə, BƏƏ-də keçiriləcək görüş başlanğıc xarakteri daşıyır. Bundan sonra əlavə danışıqlar raundlarının keçirilməsi, yekun əməkdaşlıq formatının isə prosesin gedişatına uyğun müəyyənləşdirilməsi gözlənilir.