Paşinyan noyabrın 11-də Türkiyəyə səfər edəcək

Ermənistanın Baş naziri Nikol Paşinyan noyabrın 11-də Türkiyəyə səfər edəcək. Bu barədə Ermənistan mediası məlumat yayıb. O, Antalyada keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə 31-ci Konfransında (COP31) iştirak edəcək. Qeyd edək ki, COP31 noyabrın 9-da başlayıb və ayın 20-dək davam edəcək. Konfrans çərçivəsində noyabrın 11-12-də dövlət və hökumət başçılarının sammiti keçiriləcək.