Sizi mesajla hədələyirlər? Bu, hüquqi məsuliyyət yarada bilərmi?

Mövzu ilə bağlı Oxu24.com-a danışan vəkil Azər İbrahimov bildirib ki,mesaj vasitəsilə təhdid etmək, hədənin xarakterindən və məzmunundan asılı olaraq, cinayət məsuliyyətinə səbəb ola bilər.

Vəkil bildirib ki,belə hallarla qarşılaşdıqda mesajların ekran görüntülərini saxlamaq lazımdır.

"Yazışmaları və orijinal mesajları silməyin.Təhdid real təhlükə yaradırsa, dərhal polisə müraciət edin.Zərurət olduqda hüquqi yardım alın.Unutmayın, təhdidləri adi mübahisə kimi qiymətləndirməyin. Hüquqlarınızı qorumaq üçün vaxtında addım atın",-deyə vəkil bildirib.