İranın Qeşm adasında bir neçə partlayış baş verib.
Bu barədə İranın dövlət xəbər agentliyi IRNA məlumat yayıb.
Partlayış səsləri adanın bir neçə ərazisində eşidilib. Hadisənin səbəbi, dağıntılar və mümkün xəsarət alanlar barədə hələlik məlumat verilməyib.
Qeyd edək ki, İran mediasının son məlumatlarında Qeşm adasının şərq hissəsində iki partlayışın eşidildiyi bildirilir.