AB-dən Ukrayna ilə bağlı qərar

Avropa Birliyi (AB) Şurası Ukraynaya Hərbi Yardım Missiyasının mandatını 2028-ci il noyabrın 15-dək uzadıb.

Bu barədə AB Şurasının bəyanatında bildirilib.

Qeyd olunub ki, missiyanın növbəti iki il üçün büdcəsi təxminən 300 milyon avro təşkil edəcək.

Genişləndirilmiş mandat döyüş əməliyyatlarından əldə olunan təcrübənin öyrənilməsini və Ukrayna Silahlı Qüvvələrinin hərbi hazırlığının gücləndirilməsini nəzərdə tutur.