Türkiyəli məşhur reper Killa Hakanın Almaniyada xəstəxanada müalicəsi davam edir.
Ağciyərləri karbon qazını xaric edə bilmədiyi üçün reanimasiyaya yerləşdirilən sənətçiyə həkimlər tərəfindən sakitləşdirici dərman verilir.
Reperin səhhəti ilə bağlı son məlumatı vəkili Şükrü Sarıdede açıqlayıb. O bildirib ki, Killa Hakanın orqanizmi ağciyərlərindəki karbon qazını lazımi qaydada xaric edə bilmir. Bu səbəbdən həkimlər onun vəziyyətinə uyğun olaraq sakitləşdirici preparatlardan istifadə edirlər.
Sarıdede reperin mübariz ruhuna güvəndiklərini də vurğulayıb:
“Killa Hakana həkimlər tərəfindən qəsdən sakitləşdirici dərman verilir, çünki o, ağciyərlərindən karbon qazını xaric edə bilmir. Amma hamınızın bildiyi kimi, Killa Hakan döyüşçüdür. Onun bu çətinliyin öhdəsindən gələcəyinə inanırıq”.
Vəkil dekabrın 12-nə planlaşdırılan konsertlə bağlı hazırlıqların davam etdiyini də bildirib. Onun sözlərinə görə, Killa Hakanın həmin tarixədək xəstəxanadan çıxaraq səhnəyə qayıtması ümid edilir.
Sarıdede reperin pərəstişkarlarına müraciət edərək onlardan dualarını əsirgəməmələrini istəyib.