Milli Məclisin kollektivi Zəfər parkını ziyarət etdi - FOTO

Noyabrın 8-də Milli Məclis sədrinin birinci müavini Əli Əhmədov, sədr müavinləri Ziyafət Əsgərov, Musa Qasımlı, parlamentin komitə sədrləri, deputatlar, Milli Məclis Aparatının rəhbəri Fərid Hacıyev və digər rəhbər şəxslər 8 Noyabr – Zəfər Günü münasibətilə Zəfər parkını ziyarət ediblər.

Bu barədə Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Bildirilib ki, Milli Məclisin kollektivi parkdakı Zəfər abidəsinin önünə tər güllər düzüblər.