Bu gün premyer-liqada ilk dövrəyə yekun vurulacaq. Düzdü, 2-ci turdan təxirə salınan “Sabah” – “Sumqayıt”, “Qarabağ” – “Kəpəz” oyunları da var. Ancaq həmin oyunların aşağıda tədqim edəcəyimiz statistikaya dəxli yoxdu. Sirr deyil ki, bu gün premyer-liqada çempionluq və avrokuboklara vəsiqə uğrunda mübarizə 5 komanda arasında gedir: “Neftçi”, “Turan Tovuz”, “Sabah”, “Qarabağ”, “Zirə”. Komandaların adını məhz turnir cədvəlindəki ardıcıllıq üzrə yazdıq.
Bəs çempionatda yalnız bu komandalar iştirak etsəydi, turnir cədvəlində durum necə olardı? “Football-plus.az” onların şəxsi oyunlarının nəticələrini və şərti turnir cədvəlini təqdim edir.
Zirə - Neftçi 1:0
Qarabağ - Neftçi 3:3
Neftçi - Sabah 0:0
Neftçi - Turan Tovuz 1:1
Turan Tovuz - Zirə 1:0
Turan Tovuz - Sabah 3:2
Qarabağ - Turan Tovuz 0:1
Zirə - Qarabağ 1:1
Sabah - Qarabağ 0:0
Sabah - Zirə 5:0
1. Turan Tovuz 4 3 1 0 6-3 10
2. Sabah 4 1 2 1 7-3 5
3. Zirə 4 1 1 2 2-7 4
4. Neftçi 4 0 3 1 4-5 3
5. Qarabağ 4 0 3 1 4-5 3
“Neftçi” ilə “Qarabağ”ın bütün göstəriciləri eynidi, həmçinin aralarındakı oyun da 3:3 bitib.