ABŞ-ın MLS liqasında müntəzəm mövsüm başa çatıb. Son turda "İnter Mayami" 3:0 hesabı ilə öndə olsa da, "Şarlott"la heç-heçə edib - 3:3.
"Euro-football"a istinadən, Lionel Messi qarşılaşmada nə qol vurub, nə də məhsuldar ötürmə edib. Buna baxmayaraq, o, 26 qolla müntəzəm mövsümün bombardiri olub.
Messi 22 qol vuran "Dallas"ın futbolçusu Petar Musanı dörd qol fərqi ilə qabaqlayıb. Bununla da argentinalı ulduz MLS tarixində müntəzəm mövsümün "Qızıl buts" mükafatını ardıcıl iki dəfə qazanan ilk futbolçu olub. O, ötən mövsüm də 35 qolla bu mükafata layiq görülmüşdü.
"İnter Mayami" Şərq konfransında ikinci yeri tutaraq pley-offa vəsiqə qazanıb. Komanda ilk mərhələdə "Kolumbus Kryu" ilə qarşılaşacaq.