"Liverpul" səfərdə qələbə qazandı, "Çelsi" autsayderə məğlub oldu

İngiltərə Premyer Liqasının 10-cu turunda "Kristal Pelas" öz meydanında "Liverpul"u qəbul edib.

Londonun "Selhörst Park" stadionunda keçirilən matçda qonaqlar 1:3 hesabı ilə qələbə qazanıblar.

"Liverpul"un heyətində Aleksis Mak Allister 40-cı, Florian Virts 54-cü, Aleksander İsak isə 89-cu dəqiqədə fərqlənib. "Kristal Pelas"ın yeganə qolunu Eddi Nketia 90+5-ci dəqiqədə penaltidən vurub.

Bu nəticədən sonra "Kristal Pelas" 7 xalla turnir cədvəlinin 19-cu pilləsində qərarlaşıb. "Liverpul" isə 18 xalla dördüncü sırada yer alıb.

Turun digər matçında "Çelsi" "Sanderlend"in qonağı olub. Görüşdə meydan sahibləri 1:0 hesabı ilə qələbə qazanıblar.

Yeganə qolu 36-cı dəqiqədə Entso Le Fe vurub.

Bu nəticədən sonra "Sanderlend" 8 xalla 18-ci pilləyə yüksəlib. "Çelsi" isə 16 xalla beşinci sırada qərarlaşıb.