Moskva, 9 noyabr, AZƏRTAC Rusiya mediası Azərbaycan Prezidenti İlham Əliyevin Zəfər Günü münasibətilə Xankəndidən Azərbaycan xalqına ünvanladığı təbriki, həmçinin dövlət başçısının və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Şuşada mətbuat üçün birgə bəyanatını işıqlandırıb.AZƏRTAC xəbər verir ki, “Vestnik Kavkaza” nəşri Prezident İlham Əliyevin Xankəndidə Zəfər abidəsi önünə əklil qoyduğunu və Azərbaycan xalqını bayram münasibətilə təbrik etdiyini bildirib. Dövlət başçısı təbrikində hərbçilərin qəhrəmanlığını qeyd edib və 44 günlük Vətən müharibəsi zamanı 300-dən çox şəhər və kəndin azad edildiyini xatırladıb. “Vzqlyad” qəzeti Prezidentin Azərbaycanın tarixi ədalətinin və ərazi bütövlüyünün bərpası ilə bağlı fikirlərinə diqqət çəkib.“News.ru” portalı Azərbaycan liderinin təbriki ilə bağlı üç material dərc edib. Həmin materiallarda nəşr dövlət başçısının Azərbaycan xalqının işğala son qoymaq əzmi, ölkənin təbii sərvətlərinə vurulmuş ziyan və hərbi cinayətkarların cəzalandırılması barədə fikirlərinə yer verib. Portal yazılardan birinin sərlövhəsinə Prezidentin “Həbsxanalarda çay içirlər”: Əliyev hərbi cinayətkarların cəzalandırılması barədə” sözlərini çıxarıb.“İnterfaks”, “Vzqlyad.ru”, “Qazeta.ru” və digər nəşrlər də Prezident Rəcəb Tayyib Ərdoğanın Füzuliyə gəlişi barədə məlumat verib. Bildirilib ki, Türkiyə Prezidenti Zəfər Günü tədbirlərində iştirak etmək üçün Azərbaycana gəlib və Şuşada Azərbaycan Prezidenti İlham Əliyevlə danışıqlar aparıb.Şuşada mətbuat üçün birgə bəyanatla bağlı dərc olunan materialların əsas mövzularından biri Azərbaycanla Ermənistan arasında sülh prosesi olub. Rusiya mediası Prezident İlham Əliyevin Bakı ilə İrəvan arasında münasibətlərin normallaşdırılması istiqamətində konkret nəticələrin əldə olunacağına ümid etdiyini bildirib. Prezident xatırladıb ki, sülh sazişinin mətni bir ildən çox əvvəl paraflanıb və onun yekun imzalanması hələ qarşıdadır.Media Prezident İlham Əliyevin Bakı ilə Ankara arasındakı münasibətlərə dair bəyanatlarına da ayrıca xəbərlər həsr edib. Nəşrlər dövlət başçısının Azərbaycan və Türkiyənin heç kimə bu birliyi təhlükə altına almağa imkan verməyəcəyi barədə fikirlərinə yer verib. Materiallarda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iki ölkə arasındakı münasibətlərin möhkəmliyini vurğulayan bəyanatına da diqqət çəkilib.Qələbənin altıncı ildönümü münasibətilə “Kommersant” qəzeti “Müharibəsiz altı il” adlı məqalə dərc edib. Məqalədə Azərbaycan Prezidenti İlham Əliyevin Zəngilan və Cəbrayıl rayonlarının kəndlərinə köçmüş sakinlərlə görüşü zamanı səsləndirdiyi fikirlərə yer verilib. Dövlət başçısı altı il ərzində Qarabağa və Şərqi Zəngəzura təxminən 100 min nəfərin qayıtdığını bildirib. Qəzet Azərbaycan liderinin “Sülh şəraitində yaşayan xalqımız qurur və yaradır” sözlərini sitat gətirib. Nəşr, həmçinin işğaldan azad edilmiş ərazilərdə beynəlxalq hava limanlarının, yolların, yaşayış evlərinin, tibb müəssisələrinin və təhsil ocaqlarının tikintisindən bəhs edib, eləcə də Azərbaycanın Rusiyadakı səfiri Rəhman Mustafayevin Moskvada keçirilən qəbulda sülh prosesi ilə bağlı səsləndirdiyi fikirlərə yer verib. Fəridə Abdullayeva AZƏRTAC-ın xüsusi müxbiri Moskva
Bu gün
105 xəbər bu gün
İranın Qeşm adasında dörd partlayış baş verib. Bu barədə İranın İRNA xəbər agentliyi məlumat yayıb . Agentliyin müxbirinin verdiyi məlumata görə, adada bir neçə yerdə partlayışlar baş verib. Əlavə məlumat verilməyib. ...
Azərbaycan və Türkiyənin arasına heç kim girə bilməz. Bunu Azərbaycan Prezidenti İlham Əliyev Şuşada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla birgə mətbuat konfransında deyib."Bizim birliyimiz sarsılmazdır. Bunu…
Azerbaijan AirlinesData Keyfiyyəti üzrə Analitik (Data Quality Analyst)Son tarix 06 dek 2026 - Müraciət etTəsvirİnteqrasiya edilmiş məlumatların dəqiqliyini, tamlığını, ardıcıllığını və etibarlılığını…
Vaşinqton, 9 noyabr, AZƏRTAC ABŞ-ın Nyu-York şəhərində 8 Noyabr – Zəfər Günü münasibətilə Azərbaycanın Dövlət Bayrağının təntənəli ucaldılması mərasimi keçirilib.AZƏRTAC xəbər verir ki, tədbir Azərbaycan-Amerika Gənclər…
Zaqatala, 9 noyabr, AZƏRTAC Zəfər Gününün altıncı ildönümü münasibətilə Zaqatala rayonunda silsilə tədbirlər keçirilib. AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tarixi qələbənin rəmzinə çevrilən əlamətdar gün şəhidlərin…
8 Noyabr – Zəfər Günü
Seyid Həmid Purməhəmmədi
"Euronews" telekanalı Azərbaycanda Zəfər Gününün qeyd olunması, eləcə də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın bayram tədbirlərində iştirakı ilə bağlı məqalə dərc edib.
Azərbaycan Dövlət Televiziyasının (AzTV) idman şərhçisi Tərlan Şahinoğlu İngiltərə Premyer Liqası çərçivəsində keçirilən "Mançester Yunayted" - "Aston Villa" matçını şərh edərkən maraqlı açıqlamaları ilə diqqət çəkib.
BMT-nin Baş katibi Antonio Quterreş Polşanın Krakov şəhərində altı nəfərin ölümü ilə nəticələnən atışmanı kəskin şəkildə pisləyib. Bu barədə BMT rəhbərinin rəsmi nümayəndəsi Stefan…
ABŞ Prezidenti Donald Tramp UFC rəhbəri Dana Uaytın Ağ Evdə mətbuat konfransı keçirməsini əks etdirən süni intellektlə hazırlanmış animasiya videosu paylaşıb. Amerika lideri görüntüləri özünün “Truth Social” sosial…
İranda yanvar ayında keçirilən etirazlarla əlaqədar saxlanılan üç nəfər edam edilib. Bu barədə "Azad İran" "Telegram" kanalı xəbər verir. Məlumata görə, İranın məhkəmə orqanları yanvarın 8-də və 9-da Kərəc şəhərində baş…
Səhər saatlarında Hörmüz boğazında İranın icazə vermədiyi marşrutla hərəkət edən üç tankerdə partlayış baş verib və güclü yanğın başlayıb. Bu barədə SEPAH-ın Hərbi Dəniz Qüvvələrinin (HDQ) ictimaiyyətlə əlaqələr şöbəsi…
Rəsmi adı NGC 2392 Şir Dumanlığı olan kosmik obyektin mərkəzində ölməkdə olan ulduz yerləşir. Hazırda həmin ulduzun ancaq nüvəsi qalır. Ağ rəngli qaynar nüvə ulduzun gələcəkdə ağ cırtdana çevriləcəyindən xəbər verir…
İngiltərə Premyer Liqasının 10-cu turunda "Kristal Pelas" öz meydanında "Liverpul"u qəbul edib. Londonun "Selhörst Park" stadionunda keçirilən matçda qonaqlar 1:3 hesabı ilə qələbə qazanıblar. "Liverpul"un heyətində…
Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana rəsmi səfəri noyabrın 8-də başa çatıb. Füzuli Beynəlxalq Hava Limanında Türkiyə dövlətinin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü…
Dəfnə yarpağı ürək və mədə-bağırsaq sağlamlığını təşviq edir və iltihabla mübarizə aparır.Bu yarpaqlar həzm sistemini gücləndirir və qan damarlarına və ürəyə müsbət təsir göstərir. Dəfnə yarpağının ən vacib faydalarından…
ABŞ Prezidenti Donald Tramp İranla genişmiqyaslı hərbi əməliyyatların yenidən başlamasını az ehtimallı hesab etdiyini bildirib.Tramp bu barədə CNN telekanalına müsahibəsində danışıb.Bununla belə, o, Vaşinqtonun mümkün…
Azərbaycan Mətbuat Şurasının və Media və Yayım Şurasının kollektivi 8 noyabr Zəfər Günü münasibəti ilə Zəfər Parkında olublar. Ziyarət zamanı 44 günlük Vətən müharibəsində torpaqlarımızın azadlığı uğrunda canlarından…
Rusiya Ermənistanla hərbi-texniki sahədə əməkdaşlığı davam etdirməyə hazırdır. Rusiyanın Yerevandakı səfiri Sergey Kopırkin bu barədə Ermənistanın İctimai Radiosuna müsahibəsində bildirib. "Bu (hərbi-texniki - red.)…
Vaşinqton, 9 noyabr, AZƏRTAC ABŞ-nin Nyu-York şəhərində Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyinin dəstəyi və Azərbaycan-Amerika Gənclər Federasiyasının təşkilatçılığı ilə Zəfər Günü ilə bağlı məlumatlandırma…
Bakı, 9 noyabr, AZƏRTAC 8 Noyabr – Zəfər Günü münasibətilə Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) rəhbərliyi, professor-müəllim heyəti və tələbələri Zəfər parkını ziyarət ediblər.ADPU-nun İctimaiyyətlə…
İstanbulun əsas rəmzlərindən biri olan tarixi Qalata qülləsi Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb.
Prezident İlham Əliyevin gəlini Alyona Əliyeva rəsmi "Instagram" hesabında Maksim Vengerovun iştirakı ilə keçirilən BIAF 2026 Festivalının bağlanış konsertindən paylaşım edib.
İranla ABŞ arasında vasitəçilər vasitəsilə aparılan təmaslarda yaranan fasilə ABŞ-da keçirilmiş aralıq seçkilərinin nəticələri ilə bağlıdır. Yenicag.az xəbər verır ki, bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi…
İranın Qeşm adasında dörd partlayış baş verib.
На официальных страницах Президента Азербайджанской Республики Ильхама Алиева в социальных сетях размещена публикация по случаю 9 Ноября - Дня Государственного флага. Day.Az представляет публикацию:
Zəfər Günü
Yasən Tərxan oğlu Məmmədov
“Daimi yorğunluq hissiyyatı və çəkinin qəfil artması orqanizmdə yod çatışmazlığından xəbər verə bilər”. Bu barədə sağlamlıq mütəxəssisləri məlumat verib. Vurğulanıb ki, yodun kifayət qədər olması xüsusilə hamilə, süd…
Nazirlər Kabinetinin qərarı ilə "Oyuncaqların təhlükəsizliyi haqqında Texniki Reqlament" təsdiq edilib. Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi tərəfindən…
Azərbaycanın 8 Noyabr - Zəfər Günü münasibətilə Türkiyənin paytaxtı Ankarada yerləşən məşhur TOBB əkiz qüllələri dövlət bayrağımızın rəngləri ilə işıqlandırılıb. İstanbulda yerləşən məşhur körpü də Azərbaycan bayrağının…
İranın Hörmüz boğazının açılması ilə bağlı ABŞ-a təqdim etdiyi iki günlük təklif qüvvədə qalır. Bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi “X” sosial şəbəkəsində bildirib. Nazirin sözlərinə görə, Vaşinqton…
Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Şuşa qalasını ziyarət edərkən maraqlı anlar yaşanıb. Qala ərazisində foto çəkilişi zamanı Ərdoğan fotoqrafa müraciət edərək kadrda həm Şuşa…
Avtomobil yollarında vəziyyət açıqlanıb.Milli Hidrometeorologiya Xidmətindən Oxu24.com-a verilən xəbərə görə, noyabrın 9-da ölkə ərazisində yağıntılı və dumanlı hava şəraiti ilə əlaqədar magistral avtomobil yollarında…
Tibbi-meteoroloji proqnoz açıqlanıb.Milli Hidrometeorologiya Xidmətindən Oxu24.com-a verilən xəbərə görə, noyabrın 9-da Abşeron yarımadasında küləkli və yağıntılı hava şəraiti gözlənilir ki, bu da bəzi meteohəssas…
Bu gün Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur.Oxu24.com-un məlumatına görə, Azərbaycanın üçrəngli bayrağı dövlət rəmzi olaraq Azərbaycan Xalq Cümhuriyyəti (AXC) Hökumətinin 1918-ci il 9 noyabr tarixli iclasında…
İranın Qeşm adasında dörd partlayış qeydə alınıb. Bu barədə IRNA agentliyi məlumat yayıb.Agentliyin müxbirinin bildirdiyinə görə, partlayışlar adanın bir neçə nöqtəsində baş verib. Hadisə ilə bağlı əlavə məlumat…
Bakı-Sumqayıt magistral yolunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib. "Report"un yerli bürosunun məlumatına görə, hadisə yolun Xırdalan şəhərindən keçən hissəsində qeydə alınıb. Belə ki, avtomobil…
Moskva, 9 noyabr, AZƏRTAC Rusiya mediası Azərbaycan Prezidenti İlham Əliyevin Zəfər Günü münasibətilə Xankəndidən Azərbaycan xalqına ünvanladığı təbriki, həmçinin dövlət başçısının və Türkiyə Prezidenti Rəcəb Tayyib…
8 Noyabr – Zəfər Günü münasibətilə Türkiyənin İstanbul və Bursa şəhərlərində Azərbaycan bayrağına ehtiram nümayiş etdirilib