Novxanı yolunda avtomobil aşdı

Abşeron rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə Novxanı yolunda qeydə alınıb.

Qəza nəticəsində 77-HP-162 dövlət nömrə nişanlı Kia Rio markalı avtomobil aşıb.

İlkin məlumata görə, nəqliyyat vasitəsini idarə edən sürücü xəsarət alıb.

Hadisə yerindən görüntüləri təqdim edirik: