Bakı, 7 noyabr, AZƏRTAC Azərbaycanda hər gün onlarla insan Vətən torpaqlarının keşiyində dayanan əsgərlərə məktub yazır. Bu məktublar “ASAN xidmət” mərkəzlərindəki köşklərə təqdim olunur. Onlar da həmin məktubları əsgərlərə çatdırırlar. Bu işlər “ASAN Könüllüləri” Təşkilatının 2016-cı ildən həyata keçirdiyi “Əsgərə məktub” layihəsi çərçivəsində reallaşdırılır. Zəfər Gününün 6-cı ildönümü ilə əlaqədar AZƏRTAC-ın əməkdaşları “ASAN xidmət” mərkəzlərinin birindəki “Əsgərə məktub” köşkündə olublar. Yüz əlli mindən çox məktub çatdırılıb Layihənin əhəmiyyətindən danışan “ASAN xidmət”in əməkdaşı Emiliya Bayramova bildirib ki, təşəbbüs hər zaman vətəndaşların diqqət mərkəzində olub. Xüsusilə Vətən müharibəsi dövründə bu layihə xalqımızın orduya dəstəyinin, milli həmrəyliyinin parlaq nümunəsinə çevrilib.“Vətən müharibəsi zamanı dünyanın nüfuzlu media orqanlarının, o cümlədən televiziya kanallarının nümayəndələri döyüş meydanlarında baş verən proseslərlə yanaşı, vətəndaşlarımızın Ordumuza göstərdiyi dəstəyi də işıqlandırırdı. Bu həmrəylik nümunələri “ASAN xidmət” mərkəzlərində həyata keçirilən “Əsgərə məktub” layihəsi vasitəsilə də beynəlxalq ictimaiyyətə çatdırılırdı”, – deyə o vurğulayıb.Emiliya Bayramovanın sözlərinə görə, bu günədək ölkənin müxtəlif bölgələrində xidmət edən əsgərlərə 150 mindən çox məktub çatdırılıb. Aprel döyüşlərinin, Vətən müharibəsinin ildönümlərində, eləcə də 8 Noyabr – Zəfər Günü ərəfəsində layihəyə maraq daha da artır. Bununla belə, təşəbbüs yalnız əlamətdar tarixlərlə məhdudlaşmır. “ASAN” könüllüləri ilboyu məktubların əsgərlərə çatdırılması üçün çalışırlar. Əsgərlərimizlə fəxr edirik “Əsgərə məktub” köşkünün qarşısında məktub yazan Tehranə Şabanova bu anın onun üçün unudulmaz olduğunu deyib. O, 26 ildir xaricdə yaşadığını, indi Vətənə bağlılığının daha da gücləndiyini söyləyib və məktub yazarkən kövrəldiyini gizlətməyib:“Çox duyğulu anlar yaşadım. Təsadüfən gəlmişdik, amma bu layihə mənə çox gözəl hisslər yaşatdı. Biz - xaricdə yaşayan azərbaycanlılar Vətənimizə bağlıyıq. Ölkəmizin gözəlləşməsini izləyir, uğurlarına sevinirik. Əsgərlərimizlə fəxr edirik. Onlar bizə böyük qürur hissi yaşadırlar”.Tehranə Şabanova Azərbaycanın daim bütöv və gözəl olmasını diləyib, Vətəni qoruyan əsgərlərlə qürur duyduğunu bildirib:“Onlar Vətənimizi qoruyurlar. Allah da onları qorusun! Biz də Vətənimizi gördükcə, onun uğurlarını izlədikcə sevinək, fərəhlənək”. Qürur duyuram ki, Vətənimizdə belə oğullar yetişir Gənc Nəzrin Əşrəfova da əsgərə məktubu qürur və kövrəkliklə yazdığını diqqətə çatdırıb. O deyib ki, 44 günlük Vətən müharibəsində qazanılan Zəfər şəhidlərimizin, qazilərimizin fədakarlığının nəticəsidir. Azərbaycan torpaqlarının işğaldan azad edilməsi xalqımızın qəhrəman oğullarının şücaəti sayəsində mümkün olub.“8 Noyabr – Zəfər Günü ilə əlaqədar əsgərə məktub yazdım. Doğrudan da çox kövrəldim. Eyni zamanda, qürur duyuram ki, Vətənimizdə belə qorxmaz oğullar yetişir”, – deyə Nəzrin qeyd edib. Əsgərlərimizin sayəsində rahat yaşayırıq Köşkdə məktub yazan Taleh Qədirov deyib ki, bu təşəbbüsdə iştirak etməyi özünə mənəvi borc bilir. O, yazdığı məktubda əsgərlərin yanında olduğunu bildirmək istəyib.“Bu məktubu yazmağımın səbəbi cəsur əsgərlərimizin yanında olduğumuzu az da olsa hiss etdirməkdir. Əgər bu gün biz öz evimizdə rahat və əmin-amanlıqla yaşaya biliriksə, bu, əsgərlərimizin sayəsindədir. Biz onlarla qürur duyuruq və hər zaman yanlarındayıq”, – deyə Taleh vurğulayıb.Qeyd edək ki, “Əsgərə məktub” layihəsi cəmiyyətin əsgərlərə dəstəyini və onlara olan minnətdarlığını ifadə etmək üçün həyata keçirilən xüsusi təşəbbüsdür. Layihənin əsas məqsədi cəmiyyətdə vətənpərvərlik ruhunu gücləndirmək və əsgərlərə mənəvi dəstək göstərməkdir. Müxbir - Nailə Həsənova Fotoqraf - İlkin Cavanşirov
Bu gün
1213 xəbər bu gün
Bakıda və Abşeron yarımadasında noyabrın 8-də arabir yağış yağacağı gözlənilir. Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Yarımadanın bəzi yerlərində intensiv olacağı ehtimalı var. Şimal-qərb küləyinin…
Xəbər verdiyimiz kimi, Xankəndi şəhər stadionu əsaslı yenidənqurmadan sonra istifadəyə verilib. MÖVZU İLƏ BAĞLI: İlham Əliyev Xankəndi Stadionunun açılışında iştirak edib - FOTO. Noyabrın 7-də Azərbaycan Respublikasının…
Hamilə qalmaq qadının həyatındakı şəxsi və ən qəti qərarlardan biridir. Bu qərarı verən qadının şəraitdən asılı olmayaraq, peşəkar tibbi yardıma çıxış və təzyiq və mühakimə olmadan qərar qəbul etmək imkanına sahib olması…
Rusiyalı aktrisa Lidiya Fedoseyeva-Şukşina 88 yaşında dünyasını dəyişib. Bu barədə aktrisanın qızı Mariya Şukşina özünün “Telegram” kanalında məlumat yayıb. İlkin məlumata görə, aktrisanın ölümünə kəskin ürək…
2026-cı il noyabrın 6-dan 10-dək Türkiyənin Alanya şəhərində 32 ölkədən 350-yə yaxın jurnalistin iştirakı ilə VI Qlobal Media Görüşü keçiriləcək. Qlobal Jurnalistlər Şurasının (KGK) təşkilatçılığı ilə keçiriləcək tədbir…
Dövlət Dəniz və Liman Agentliyinin (DDLA) Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzi küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edir. Qurumdan "Report"a verilən məlumata görə, xəbərdarlığa əsasən, noyabrın 8-də…
ABŞ-nin Kaliforniya ştatının Leyk-Elsinor şəhərində iki qadın paraşütçü havada toqquşduqdan sonra həlak olublar. NBC-yə istinadən, hadisə noyabrın 6-da yerli vaxtla saat 11:45 radələrində "Skydive Elsinore" mərkəzinin…
Qazaxıstan və Tacikistan ticarət, o cümlədən nəqliyyat və logistika, energetika sahələrində əməkdaşlığın genişləndirilməsini müzakirə edib. Akordaya istinadən, bununla bağlı müzakirələr Astanada Tacikistan Prezidenti…
Azərbaycan Respublikasının 8 Noyabr – Zəfər Günü münasibətilə Perunun paytaxtı Limada şəhər meriyasının tarixi binası Azərbaycan Dövlət Bayrağının rəngləri ilə işıqlandırılıb. Bu barədə Azərbaycanın Perudakı…
ABŞ-nin Azərbaycandakı səfirliyi gələn həftə üç gün işləməyəcəyi barədə məlumat verib. Bu barədə məlumat diplomatik missiyanın "X" sosial şəbəkəsindəki hesabında paylaşım edilib. Qeyd olunub ki, səfirlik Azərbaycanın…
Bəzi insanlar var ki, onlarla tanışlıq və söhbət adi bir müsahibə çərçivəsinə sığmır, illər keçsə də, qürurla xatırlayacağın, yaddaşında xüsusi yer tutan bir xatirəyə çevrilir. Xüsusi Təyinatlı Qüvvələrin (XTQ) keçmiş…
Belarasda aqrar sənaye məhsullarının ixracını ildə 20 milyard ABŞ dollarına qədər artırmaq lazımdır. BELTA agentliyinə istinadən, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko bildirib. Onun sözlərinə görə, bu sahədə əsas…
Azərbaycanda gələn il növbəti, sayca 6-cı sosial islahat paketinin icrası planlaşdırılır. Yeni paket çərçivəsində sosial ödənişlərin artırılması, o cümlədən uşağın doğulmasına görə verilən müavinətin məbləğinin…
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 7-də Ağdam Sənaye Parkında “ASMC” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) metal məmulatları istehsalı müəssisəsinin açılışında iştirak edib.Oxu24.com xəbər verir…
Bakı, 7 noyabr, AZƏRTAC Gecənin səssizliyini uzaqdan gələn silah səsləri pozurdu. Qarabağ dağlarının üzərində soyuq külək əsirdi. Səngərin bir küncündə universiteti yenicə bitirmiş, iyirmi iki yaşlı azərbaycanlı əsgər…
Bakı, 7 Noyabr, AZƏRTAC Noyabrın 6-də Qazaxıstanın Baş nazirinin müavini-nəqliyyat naziri Asel Janasonova Ermənistana səfəri çərçivəsində bu ölkənin Baş nazirinin müavini Mqer Qriqoryan və xarici işlər naziri Ararat…
Bakı, 7 noyabr, AZƏRTAC Çinin Nankin şəhərində keçirilən batut gimnastikası və tamblinq üzrə dünya çempionatında Azərbaycan millisi daha bir medal qazanıb.AZƏRTAC xəbər verir ki, batut gimnastikası üzrə qarışıq sinxron…
Bakı, 7 noyabr, AZƏRTAC "Sabah" basketbol komandasında ayrılıq yaşanıb.Klubdan AZƏRTAC-a verilən məlumata görə, Bakı təmsilçisi Mayk Ertel ilə vidalaşıb. Onunla müqavilə qarşılıqlı razılıq əsasında ləğv edilib.
Bakı, 7 noyabr, AZƏRTAC 8 Noyabr - Zəfər Günü Cəbrayıl şəhərində təntənəli şəkildə qeyd olunub.AZƏRTAC xəbər verir ki, tədbirlər Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Prezidentinin xüsusi…
Rusiyalı MMA (qarışıq döyüş sənətləri) əfsanəsi Fyodor Yemelyanenko sabiq UFC çempionu Həbib Nurməhəmmədovla nümunəvi qarşılaşmaya razıdır.
Salyan rayonunda avtomobil piyadanı vurub.
"Bakı Metropliteni" QSC-də 8 Noyabr - Zəfər Günü və 9 Noyabr - Dövlət Bayrağı Günü ilə əlaqədar 7-10 noyabr tarixlərində iş rejimi dəyişdiriləcək. Bu barədə səhmdar cəmiyyətindən bildirilib.
В Телеграм-канале "Бакинский Бурила" размещена публикация о том, что США, Армения и Азербайджан запустили трёхсторонние технические группы по TRIPP. Day.Az представляет публикацию: США, Армения и Азербайджан запустили…
Nottingem Universitetinin alimləri zədələnmiş diş minasının yenidən formalaşmasına kömək edə biləcək xüsusi gel hazırlayıblar. Material tüpürcəkdəki kalsium və fosfat minerallarından istifadə edərək diş səthində yeni…
8 ноября в Баку и на Абшеронском полуострове временами ожидается дождь. Со ссылкой на Национальную гидрометеорологическую службу, в некоторых районах полуострова осадки могут быть интенсивными. Ожидается усиление…
Многие обратили внимание, что недавние разногласия Баку и Анкары вызвали прилив вдохновения у армянской стороны. Это ощущалось и на официальном, и на оппозиционном уровне.
Dünyada davam edən hərbi münaqişələr kənd təsərrüfatı üçün vacib hesab olunan gübrələrin qiymətinə də təsir göstərir. Qlobal bazarda yaranan bahalaşma və təchizat zəncirindəki çətinliklər Azərbaycana idxal edilən…
Блогер Арифа Мамедова представила видеоролик, посвященный Дню Победы. Как передает Day.Az, в национальном наряде она воплотила строки песни "Азербайджан" в различных местах освобожденных от оккупации городов и районов…
DYP
NİİM
“AIREX 2026”
Rusiyanın Xalq artistləri - Nikolay Baskov və Filipp Kirkorov, eləcə də musiqi prodüseri İosif Priqojin Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin məlumat bazasına salınıblar. Bu barədə "War&Sanctions" məlumat…
Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 7-də Ağdam Sənaye Parkında "ASMC" Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) metal məmulatları istehsalı müəssisəsinin açılışında iştirak edib. Sfera.az xəbər verir ki, "Almet…
8 Noyabr - Zəfər Günü və 9 Noyabr - Dövlət Bayrağı Günü ilə əlaqədar 7-10 noyabr tarixlərində Bakı metropolitenində iş rejimi dəyişdiri...
Azərbaycanda avtomobil yollarında vəziyyət açıqlanıb. Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, noyabrın 7-də ölkə ərazisində yağıntılı və dumanlı hava şəraiti ilə…
Dağ çiyələyi təbiətdə öz-özünə yetişir. Sağlam qidalanmağa üstünlük verənlərin seçimi olan bu meyvə immunitet sistemini dəstəkləməsi, həzmə kömək etməsi və dəri sağlamlığına müsbət təsiri ilə tanınır.
“8 Noyabr- Zəfər Günü Azərbaycan tarixinin ən şanlı səhifələrindən biri olmaqla yanaşı, Cənubi Qafqazın və bütövlükdə Avrasiyanın geosiyasi xəritəsində yeni mərhələnin başlanğıcıdır. Bu tarix yalnız 44 günlük Vətən…
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 7-də Ağdam Sənaye Parkında "ASMC" Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) metal məmulatları istehsalı müəssisəsinin açılışında iştirak edib. "Almet Holding" Açıq…
Xankəndi şəhər stadionu əsaslı yenidənqurmadan sonra istifadəyə verilib. Noyabrın 7-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev stadionun açılış mərasimində iştirak edib. Qeyd edək ki, 1956-cı ildə istifadəyə…
ABŞ İranın nüvə proqramı ilə bağlı məlumat verən şəxsləri 20 milyon dollaradək mükafatlandırılacağını və onların xaricə getməsinə kömək göstərəcəyini bəyan edib. Bu barədə Birləşmiş Ştatların Dövlət Departamenti məlumat…
Bir müddət öncə səhhətində problem yaranan Azərbaycanın Milli Qəhrəmanı Ehtiram Əliyevlə bağlı yeni xəbər var. Modern.az-a istinadən, o, səhhətinin kəskin şəkildə ağırlaşması səbəbindən Milli Onkologiya Mərkəzinin…
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 7-də Ağdam Sənaye Parkında "Komfy" Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) ortopedik döşək istehsalı müəssisəsinin açılışında iştirak edib. "Komfy" MMC-nin…
Библиотека и Инновационный центр станут важными элементами инфраструктуры Карабахского университета.
Президент Азербайджана Ильхам Алиев 7 ноября принял участие в открытии в Агдамском промышленном парке предприятия по производству ортопедических матрасов Общества с ограниченной ответственностью Komfy. Директор...