Ukrayna Rusiyanın raketlər üçün komponentlər istehsal edən zavodunu vurub

Ukrayna Silahlı Qüvvələri Rusiyanın Oryol şəhərində yerləşən “Proton-Elektrotex” zavoduna “Neptun” raketləri ilə zərbə endirib.

Ukrayna Baş Qərargahının bu gün yaydığı məlumata görə, hədəfə birbaşa zərbə qeydə alınıb və bundan sonra müəssisənin ərazisində yanğın başlayıb.

Baş Qərargahın məlumatında bildirilir ki, “Proton-Elektrotex” Rusiyanın optoelektron avadanlıq istehsal edən müəssisələrindən biridir. Ukrayna tərəfinin iddiasına görə, zavod “İskəndər-M” ballistik raket kompleksi və X-71 “Kover” qanadlı aviasiya raketləri üçün komponentlər istehsal edir.