Ağdam, 6 noyabr, AZƏRTAC 8 Noyabr – Zəfər Günü münasibətilə Ağdam, Füzuli və Xocavənd rayonlarının məktəbliləri arasında futbol turniri təşkil olunub. Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, turnirin keçirilməsində əsas məqsəd məktəblilər arasında idmana marağın artırılması, sağlam həyat tərzinin təbliği, fiziki aktivliyin təşviqi, eləcə də şagirdlərdə birlik, həmrəylik və komanda ruhunun gücləndirilməsidir.Turnir çərçivəsində məktəblilər futbol üzrə öz bacarıq və imkanlarını nümayiş etdirib, komanda şəklində mübarizə aparıblar. Qeyd edək ki, Zəfər Günü münasibətilə təşkil olunan bu kimi idman tədbirləri gənc nəslin vətənpərvərlik ruhunda yetişməsinə, sağlam həyat tərzinin təşviqinə və məktəblilər arasında dostluq münasibətlərinin möhkəmləndirilməsinə xidmət edir. Müxbir – Tahir Ağaməmmədov
Ağdam, Füzuli və Xocavənd məktəbliləri arasında futbol turniri təşkil olunub
Mənbə: azertag.az/xeber/agdam_fuzuli_ve_xocavend_mekteblileri_arasinda_futbol_turniri_teskil_olunub-4499679