ABŞ Prezidenti Donald Tramp İranın nüvə proqramı ilə bağlı növbəti iddiasını səsləndirib.
Tramp bu barədə “Truth Social” sosial şəbəkəsindəki paylaşımında yazıb.
O iddia edib ki, İranın nüvə silahına sahib olmasının qarşısını almasaydı, bu gün İsrail və bütövlükdə Yaxın Şərq mövcud olmazdı.
“Bunu demək heç kimin xoşuna gəlmir, amma hamı bunun doğru olduğunu bilir!” – deyə ABŞ Prezidenti bildirib.