Avropa Mərkəzi Bankının prezidentliyi üçün iki namizəd ortaya çıxıb

İspaniyadan Pablo Hernandez de Cos və Hollandiyadan Klaas Knot Avropa Mərkəzi Bankının (AMB) prezidenti vəzifəsinə namizəd göstərilib. Avroqrupun prezidenti Kiriakos Pierrakakis AMB prezidentliyinə namizədlərlə bağlı yazılı açıqlama yayıb.Bəyanatda Laqardın 29 oktyabrda AB Şurasının prezidentinə 7 fevral 2027-ci ildə istefa verəcəyini bildirdiyi xatırladılıb.Yeni AMB prezidentinin təyin edilməsi prosesinin başlandığı və üzv dövlətlərdən 6 noyabr tarixinə qədər müraciətlərini təqdim etmələrinin xahiş olunduğu bildirilib.Bəyanatda qeyd olunub ki, müəyyən edilmiş müddət ərzində İspaniyadan Pablo Hernandez de Cos və Hollandiyadan Klaas Knot üçün namizədliklər təqdim edilib və bu proses 9 noyabrda keçiriləcək Avroqrupun iclasında maliyyə nazirləri tərəfindən müzakirə olunacaq.AMB prezidenti və bankın İdarə Heyətinin üzvləri AB Şurasının tövsiyəsi ilə AB liderləri tərəfindən təyin olunur.Tövsiyənin qəbul edilməsi üçün Avrozonanın 21 ölkəsindən ən azı 16-sının dəstəyi tələb olunur. Bu ölkələr həmçinin Avrozonanın əhalisinin ən azı 65%-ni təmsil etməlidirlər.AB liderlərinin yekun qərarından əvvəl AMB və Avropa Parlamenti ilə məsləhətləşmələr aparılacaq.Jalə