Ağstafa, 6 noyabr, AZƏRTAC Ağstafada zəhərlənmə hadisəsi baş verib.AZƏRTAC-ın bölgə müxbirinin məlumatına görə, rayon sakinləri olan bir ailənin 3 üzvü zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.İlkin məlumata görə, onlar yemək yedikdən sonra özlərini pis hiss ediblər.Faktla bağlı araşdırma aparılır. Müxbir -Ruslan Novruzoğlu