Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva noyabrın 6-da Zəngilan rayonunun Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər. Ümumi sahəsi 179,5 hektar olan Cahangirbəyli kəndində birinci mərhələ üzrə 62,57 hektar ərazidə 242 fərdi evin, məktəb binasının, körpələr evi-uşaq bağçasının, ikimərtəbəli inzibati binanın, bazar kompleksinin və çoxfunksiyalı binanın tikintisi həyata keçirilib. Evlər 2, 3, 4, 5 otaqlıdır. Onların hamısı su, işıq, qaz, Günəş panelləri və yüksəksürətli internetlə təmin olunub. Kənddaxili yollar da asfaltlanıb.Kənddəki çoxfunksiyalı binada həkim-tibb məntəqəsi, aptek, market, dərzi, gözəllik salonu fəaliyyət göstərəcək.Cahangirbəylidə 80 yerlik körpələr evi-uşaq bağçasında balacaların rahatlığının təmin olunmasına xüsusi diqqət yetirilib. Buradakı otaqlarda uşaqların istirahəti, həmçinin onların ilkin bilik və bacarıqlarının üzə çıxarılması üçün zəruri şərait yaradılıb.Kənddə, inzibati binanın yaxınlığında Bayraq meydanı da inşa edilib. Burada ucaldılmış bayrağın hündürlüyü 10,4 metr təşkil edir. Bayraq meydanının yaxınlığında isə uşaq oyun meydançası, sakinlərin sağlam həyat tərzinin təşviqi və fiziki aktivliyinin artırılması məqsədilə idman zonası və park yaradılıb.Elm və təhsil naziri Emin Əmrullayev 264 şagird yerlik Cahangirbəyli tam orta məktəb binasında yaradılmış şərait barədə dövlətimizin başçısına və birinci xanıma məlumat verdi.Bildirildi ki, məktəbdə tədrisin yüksək səviyyədə aparılması üçün geniş imkanlar mövcuddur. Təhsil ocağının sinif otaqları lazımi dərs vəsaiti və avadanlıqla təchiz olunub. Burada 13 sinif otağı, kimya və fizika fənləri üzrə 2 laboratoriya, musiqi, informatika, hərbi hazırlıq, rəsm və qrim otaqları, kitabxana, 160 yerlik akt zalı, qapalı idman zalı, yeməkxana müəllim və şagirdlərin ixtiyarına veriləcək. Məktəbin ərazisində 2 açıq idman meydançası da yaradılıb.X X XPrezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Cahangirbəyli və Cəbrayıl rayonunun Soltanlı kəndlərinə köçən sakinlərlə görüşüblər.Görüşdə çıxış edən Prezident İlham Əliyev dedi:- İlk növbədə, qarşıdan gələn Zəfər bayramı münasibətilə sizi təbrik edirəm. Bu bayram ərəfəsində görüşürük və bu bayram artıq 6 ildir ki, dövlət bayramı kimi qeyd olunur. Altı il bundan əvvəl şanlı Ordumuz düşməni torpaqlarımızdan qovaraq haqq-ədaləti bərpa etdi. Artıq 6 il ərzində biz quruculuq işləri ilə məşğuluq. Yeni salınan kəndlər, şəhərlər, köçkünlərin doğma torpaqlara qayıtması - yəni biz bu məsələlərlə məşğuluq və deyə bilərəm ki, bütün Azərbaycan xalqı bu fikirlə yaşayır. Uzun illər ağır şəraitdə yaşamış köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi, ilk növbədə, əlbəttə ki, köçkün şəklində, köçkün şəraitində yaşayan insanlar üçün. Amma siz də bilirsiniz ki, hər bir vətənpərvər insan sizin tezliklə doğma diyara qayıtmağınızı arzulayırdı.Bu gün biz demək olar ki, müntəzəm olaraq yeni gözəl kəndlər, şəhərlər salırıq, sıfırdan qururuq. Çünki mənfur düşmən bizim bütün şəhər və kəndlərimizi yerlə-yeksan etmişdi, o cümlədən Cahangirbəyli, Soltanlı kəndlərini də tam dağıtmışdı. Bu gün bu iki kəndə təqribən 700-ə yaxın ailə qayıdır. Sizin üçün gözəl evlər tikilib. Əminəm ki, siz bu şəraitdən səmərəli şəkildə istifadə edəcəksiniz. Əsas məsələ odur ki, artıq köçkünlük həyatı arxada qalır.Azərbaycan xalqı 44 günlük Vətən müharibəsi zamanı bir yumruq kimi birləşmişdi. Bu Zəfər bizim qəlbimizdə əbədi yaşayacaq. Xalqımız və gələcək nəsillər bu Zəfərlə daim fəxr edəcəklər. Çünki biz ədaləti bərpa etdik, öz ləyaqətimizi bərpa etdik və döyüş meydanında qan tökərək öz haqqımızı bərpa etdik. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Onların əziz xatirəsi daim qəlbimizdə yaşayacaq. Əminəm, onların yaxınları bilirlər ki, onların qanı yerdə qalmayıb. Onların qisası döyüş meydanda alınıb və bu gün onların əziz xatirəsinə ən böyük hörmət əlaməti bax, Qarabağın, Şərqi Zəngəzurun belə gözəl dirçəldilməsidir.Biz müharibədə Qələbə qazanmışıq. Sülh şəraitində yaşayan xalqımız da qurub-yaradır. Ermənilər 30 il bu torpaqları viran qoymuşdular, bir daşı daş üstə qoyulmamışdır. Biz isə cəmi altı il ərzində 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq, onlar üçün mümkün olan ən gözəl şərait yaratmışıq.Sizi həm Zəfər Günü münasibətilə, həm də doğma torpaqlarınıza qayıtmağınız münasibətilə təbrik edirəm, sizə cansağlığı arzulayıram.x x xSonra dövlətimizin başçısı sakinlərə mənzillərin açarlarını təqdim edib.Qeyd edək ki, Cahangirbəyli kəndi 1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuşdu. İşğal dövrünədək kənddə məktəb, uşaq bağçası, mədəniyyət evi və rabitə şöbəsi fəaliyyət göstərib. Əhali isə əsasən baramaçılıq, taxılçılıq, üzümçülük və heyvandarlıqla məşğul olub. Azərbaycan Silahlı Qüvvələri 2020-ci il oktyabrın 21-də kəndi işğaldan azad edib. Cahangirbəyli kəndinin təməlini Prezident İlham Əliyev 2023-cü ilin mayında qoyub.***14:16Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva noyabrın 6-da Zəngilan rayonunun Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər.APA xəbər verir ki, sonra dövlətimizin başçısı və birinci xanım burada Zəngilan rayonunun Cahangirbəyli və Cəbrayıl rayonunun Soltanlı kəndlərinə köçən sakinlərlə görüşüblər.Prezident İlham Əliyev sakinlərə mənzillərin açarlarını təqdim edib.
Bu gün
92 xəbər bu gün
Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun yüksək dağlıq ərazilərində qar yağışı müşahidə olunub. Rayonun Batabat yaylağı, dağ kəndləri və Biçənək ərazisi qar örtüyünə bürünüb. Yağan qar bölgədə füsunkar qış…
ABŞ-nin dövlət katibi Marko Rubio Dövlət Departamentinin yüksəkvəzifəli əməkdaşlarından öz səlahiyyətləri çərçivəsində hərəkət etməyi tələb edib və hökumətdəki əlaqələrindən asılı olmayaraq qeyri-etik davranışa görə…
İsrailin müxalifətdəki “Yaşar” partiyasının lideri Qadi Ayzenkot bildirib ki, Likud və onun müttəfiqləri birlik hökuməti qurmaq istəyirlərsə, ekstremistlərlə ittifaqı dayandırmalı və onun rəhbərlik edəcəyi hökumətə…
ABŞ-lı məşhur reper Macklemore Fələstinə dəstək məqsədilə təşkil etməyi planlaşdırdığı xeyriyyə konsertləri üçün ölkənin 9 böyük arenasından imtina cavabı aldığını açıqlayıb. Reper bu barədə sosial şəbəkə hesabında…
İstanbul, 8 noyabr, AZƏRTAC İstanbulda keçirilən 6-cı “Korkut Ata” Türk Dünyası Film Festivalının bağlanış mərasimi keçirilib. Tədbirdə festivalın qaliblərinə mükafatlar təqdim olunub.AZƏRTAC xəbər verir ki, Azərbaycanın…
İsrail Prezidenti İsxak Hersoq ölkədə yeni hökumətin formalaşdırılmasını müxalifətdəki "Yaşar" partiyasının lideri Qadi Ayzenkota tapşırmaq niyyətindədir.
В Швеции продолжаются переговоры о формировании правительства после парламентских выборов 13 сентября. Со ссылкой на опрос Ipso, s, 57% избирателей не верят, что лидер социал-демократов Магдалена Андерссон сможет собрать…
Azərbaycan Zəfər Gününü qeyd edir. Altı il əvvəl, 2020-ci il noyabrın 8-də Ali Baş Komandan, Azərbaycan Prezidenti İlham Əliyev Şuşanın azad edildiyini elan etdi. Bu gün artıq aydındır: Azərbaycan o zaman sadəcə…
Qeşm adası
Azərbaycanda qəbir yerlərinin əvvəlcədən rezervasiya edilməsinə qanunla qadağa qoyulub.Nazirlər Kabinetinin 522 nömrəli qərarı ilə təsdiqlənmiş qaydalara əsasən, qəbir yerlərinin əvvəlcədən rezervasiya edilməsinə yol…
Türkiyədə ağır yol qəzasında ölənlərin sayı artıb. "Haber Globala" xəbər verir ki, Van-Özalp avtomobil yolunda yük maşını ilə mikroavtobusun toqquşması nəticəsində 9 nəfər ölüb, 5 nəfər yaralanıb. Faktla bağlı araşdırma…
ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) İranın quru sərhədləri və Xəzər dənizi üzərindən silah daşınmasının qarşısını almaq vəzifəsi daşınan xüsusi tapşırıq qrupunun yaradıldığını elan edib. Bu barədə ABŞ Silahlı Qüvvələrinin…
ABŞ Demokratlar Partiyasının nümayəndələri Ukraynaya təxminən 15 milyard dollar məbləğində yeni hərbi yardım paketinin ayrılması, eləcə də Rusiyaya qarşı sanksiya təzyiqinin gücləndirilməsi imkanlarını müzakirə edirlər…
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan noyabrın 8-də Azərbaycana səfər edəcək. Bu barədə Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Burhanettin Duran "X" sosial şəbəkə hesabında yazıb. Onun…
ABŞ prezidenti Donald Tramp UFC-nin prezidenti Dana Uayta Ağ Evin mətbuat katibi vəzifəsini təklif etdiyini açıqlayıb. Bu barədə öz “Truth” hesabında məlumat verib. “Böyük döyüşçü və mübariz insan olan Dana Uayta ABŞ…
Помощник президента Азербайджана Хикмет Гаджиев заявил, что испытывает особую гордость, находясь в Шуше накануне Дня Победы. «Шесть лет назад под решительным, мудрым руководством победоносного Верховного...
Azərbaycan Prezidentinin Köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Zəfər Günü ərəfəsində Şuşadan paylaşım edib. O, bu barədə “X” hesabında yazıb. “Zəfər Günü…
Misir 2014-cü ildən bağlı olan səfirliyini Liviyanın paytaxtı Tripolidə yenidən açıb.Bu barədə Misirin Xarici İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, səfirliyin yenidən açılması Qahirə ilə Əbdülhəmid Dbeibənin…
"Zəfər Günü ərəfəsində gözəl Şuşada olmaq insana sonsuz qürur və xoşbəxtlik hissi yaşadır". Bunu Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “X” sosial…
Azərbaycan Prezidentinin Köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Zəfər G...
İsrail Prezidenti İsxak Hersoq "Yaşar" partiyasının sədri Qadi Ayzenkota hökuməti formalaşdırmağı tapşıracağını açıqlayıb. Bu barədə prezident administrasiyasına istinadən "Ynet" məlumat yayıb. Bildirilib ki, müxalifət…
Bu gün bizim Zəfər bayramımızdır! Xalqımızın, Ordumuzun və Ali Baş Komandanımızın təkcə Azərbaycan tarixinə deyil, bütövlükdə dünya və Türk tarixinə bəxş etdiyi böyük Zəfərin ildönümüdür! Biz dünyanın hərb tarixinə…
“Zəfər Günü ərəfəsində gözəl Şuşada olmaq insana sonsuz qürur və xoşbəxtlik hissi yaşadır
Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi və Yanğınsöndürənlərin və Xilasedicilərin Beynəlxalq İdman Federasiyasının birgə təşkilatçılığı ilə Bakı şəhərində keçirilən yanğınsöndürmə və xilasetmə idmanı üzrə…
Azərbaycan Vətən müharibəsində Zəfərini qeyd edir
ABŞ prezidenti Donald Tramp UFC-nin prezidenti Dana Uayta Ağ Evin mətbuat katibi vəzifəsini təklif etdiyini açıqlayıb
Bu gün Şuşanın işğaldan azad olunmasından altı il ötür. Yenicag.az xatırladır ki, şəhər 2020-ci il noyabrın 8-də Azərbaycan Silahlı Qüvvələrinin Müzəffər Ali Baş Komandanı, Prezident İlham Əliyevin rəhbərliyi altında…
ABŞ Demokratlar Partiyasının nümayəndələri Ukraynaya təxminən 15 milyard dollar məbləğində yeni hərbi yardım paketinin ayrılması, eləcə də Rusiyaya qarşı sanksiya təzyiqinin gücləndirilməsi imkanlarını müzakirə edirlər.
Paytaxtımızda keçirilən yanğınsöndürmə və xilasetmə idmanı üzrə kişilər arasında XXI, qadınlar arasında XII dünya çempionatının proqramına uyğun olaraq, noyabrın 7-də son mərhələ olan döyüş açılışı növü üzrə yarışlar…
"Zəfər Günü ərəfəsində gözəl Şuşada olmaq insana sonsuz qürur və xoşbəxtlik hissi yaşadır".
Президент Израиля Ицхак Герцог объявил, что поручит лидеру партии "Яшар!" Гади Айзенкоту сформировать правительство. Как передает Day.Az со ссылкой на израильские СМИ, церемония передачи мандата состоится 8 ноября в…
İshaq Herzoq
Hikmət Hacıyev
FHN
Bu gün Azərbaycanın İkinci Qarabağ müharibəsində qazandığı tarixi Qələbənin altıncı ildönümü – Zəfər Günü qeyd edilir. Zəfər Günü Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı, Prezident İlham Əliyevin 2020-ci il…
Azərbaycan Zəfər Gününü qeyd edir. Altı il əvvəl, 2020-ci il noyabrın 8-də Ali Baş Komandan, Azərbaycan Prezidenti İlham Əliyev Şuşanın azad edildiyini elan etdi. Bu gün artıq aydındır…
Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi və Yanğınsöndürənlərin və Xilasedicilərin Beynəlxalq İdman Federasiyasının birgə təşkilatçılığı ilə Bakı şəhərində keçirilən yanğın…
ABŞ prezidenti Donald Tramp, onun administrasiyası, tərəfdaşları və respublikaçı donorları ilə bağlı Konqres araşdırmaları aparmaq planlarını açıqladıqdan sonra Ədliyyə Nazirliyinə Demokrat Partiyasının üzvlərini…
Ermənistan İrana və digər qonşu ölkələrinə qarşı yönəlmiş heç bir prosesdə iştirak etməyəcək. "Arminfo" xəbər verir ki, bunu Ermənistan Təhlükəsizlik Şurasının katibi Alen Simonyan İkinci Ümumerməni Sammiti çərçivəsində…
Ukrayna Silahlı Qüvvələri Bryansk vilayətində Rusiya ordusunun iki “İskəndər” operativ-taktiki raket kompleksinin buraxılış qurğusunu, həmçinin “Pantsir-S1” zenit-raket və artilleriya kompleksini vurub. Bu barədə Ukrayna…
Bu gün Şuşanın işğaldan azad olunmasından altı il ötür. Modern.az xatırladır ki, şəhər 2020-ci il noyabrın 8-də Azərbaycan Silahlı Qüvvələrinin Müzəffər Ali Baş Komandanı, Prezident İlham Əliyevin rəhbərliyi altında…
“Qolden Steyt”in ulduz basketbolçusu Stefen Karri mövsümün ilk dörd oyununda səhvsiz yerinə yetirilən cərimə atışlarının sayına görə yeni rekord müəyyənləşdirib. "Football-plus.az" xəbər verir ki, 38 yaşlı basketbolçu…
Prokurorluq orqanlarına qulluğa qəbulla bağlı müsabiqənin test imtahanında müvəffəqiyyət qazanmış namizədlər üçün yazılı imtahan mərhələsinin tarixi məlum olub.Bu barədə Oxu24.com-a Baş Prokurorluqdan məlumat…
Bu gün Şuşanın işğaldan azad olunmasından altı il ötür. Sfera.az xatırladır ki, şəhər 2020-ci il noyabrın 8-də Azərbaycan Silahlı Qüvvələrinin Müzəffər Ali Baş Komandanı, Prezident İlham Əliyevin rəhbərliyi altında…