Möhtərəm cənab Prezident!
Xalqımızın yaddaşına qəhrəmanlıq, vətənpərvərlik və tarixi ədalətin təntənəsi kimi əbədi həkk olunan 8 Noyabr - Zəfər Günü münasibətilə Sizə təbriklərimi və ən xoş arzularımı çatdırıram.
Sizin Müzəffər Ali Baş Komandan kimi rəhbərliyinizlə 44 gün davam edən Vətən müharibəsi ölkəmizin qüdrətini, ordumuzun gücünü, xalqımızın vətənpərvərliyini bütün dünyaya nümayiş etdirdi. Şəhidlərimizin qanı bahasına qazanılan bu şanlı Qələbə xalqımızın sarsılmaz iradəsinin təcəssümüdür. Uca Allahdan şəhidlərimizə rəhmət, qazilərimizə şəfa diləyirəm.
Rəbbim Vətənimizi bəlalardan qorusun, dövlətimizə hər zaman qüdrət, xalqımıza əmin-amanlıq və bərəkət nəsib etsin.
Sizə möhkəm cansağlığı və uzun ömür arzulayıram.
Allah Zəfərimizi mübarək, dövlətimizi əbədi etsin!
Hörmətlə,
Nicat Xudiyev
Şuşa şəhəri Yuxarı Gövhər Ağa məscidinin imam müavini
Azərbaycan Respublikası, Şuşa şəhəri.