Bu gün Misli premyer-liqasında 11-ci turu start veriləcək.
“Zəfər turu”nun ilk oyun günündə bir-birindən maraqlı matçlara şahidlik edəcəyik. Belə ki, saat 18.00-da “Azərsun Arena”da “Qarabağ” “Turan Tovuz”u, 20.00-da isə “Palms Sports Arena”da “Neftçi” “Kəpəz”i qəbul edəcək. Başqa sözlə, mövsümün iddialı komandaların duellərinə şahidlik edəcəyik.
Bəs, bu oyunlara indiyə qədər neçə bilet satılıb?
Sualı hər iki klubun mətbuat xidmətinin rəhbərinə ünvanladıq.
Anar Həsənov (Qarabağ):
“Hazırda bilet satışı fəal şəkildə davam edir. Ancaq rəsmi say deyə bilmirik”.
Asəf Zeynallı:
“Matç üçün 2000 bilet satılıb”.