İran diplomatik danışıqların yeni mərhələsinə keçməzdən əvvəl ABŞ-nin konkret addımlar atmasını gözləyir.
IRNA-ya istinadən, bunu İranın Ali Milli Təhlükəsizlik Şurası katibinin müavini Əli Baqiri bildirib.
Baqirinin sözlərinə görə, ABŞ son il yarımda üzərinə götürdüyü öhdəlikləri dəfələrlə pozub. O bildirib ki, Tehran Vaşinqtonun yazılı öhdəliklərinə güvənməmək hüququna malikdir və diplomatiyada yeni mərhələ üçün ABŞ-nin əməli addımlarını görməlidir.
Baqiri İranın ali rəhbəri Müctəba Hüseyni Xameneinin Rusiya Prezidenti Vladimir Putinə göndərdiyi mesajdan da danışıb. Onun sözlərinə görə, Şuranın katibi Möhsün Rezayinin Putinə çatdırdığı mesajda İranın Rusiya ilə əməkdaşlıqda önəm verdiyi istiqamətlər və ikitərəfli əlaqələrin perspektivləri əks olunub.
Baqiri Rusiya qazının İrana nəqli layihələrini və Şimal–Cənub nəqliyyat dəhlizini strateji əhəmiyyətli təşəbbüslər adlandırıb. O hesab edir ki, bu layihələr ABŞ-nin İrana təzyiq göstərmək planlarını əngəlləyə bilər.