SEPAH: ABŞ-nin daha bir pilotsuz təyyarəsi məhv edildi

İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Qeşm adası üzərində ABŞ-nin növbəti “MQ-1” pilotsuz uçuş aparatının ələ keçirilərək məhv edildiyini açıqlayıb.

Bu barədə SEPAH-ın mətbuat xidməti məlumat yayıb.

“Bir neçə dəqiqə əvvəl ABŞ-nin 16-cı “MQ-1″ pilotsuz uçuş aparatı Qeşm adası səmasında SEPAH-ın müasir hava hücumundan müdafiə sistemi tərəfindən ələ keçirilərək məhv edilib”, – bəyanatda deyilir.

SEPAH-ın məlumatına görə, vurulan aparat ABŞ ordusunun “MQ-1” ailəsinə məxsus kəşfiyyat-zərbə pilotsuz uçuş aparatıdır.