Möhtərəm cənab Prezident,

Sizi 8 Noyabr – Zəfər Günü münasibətilə Haqq Ədalət Partiyasının bütün üzvləri adından ürəkdən təbrik edirəm.

Azərbaycanın ən yeni tarixinin şanlı səhifələrini yaratmağı Uca Tanrı Sizin taleyinizə yazmışdır. Bu səhifələrdən biri olan Zəfər Günü bayramını hər bir azərbaycanlı özünün çin olmuş ən böyük arzusu hesab edir.

Möhtərəm cənab Prezident!

Azərbaycanın xoşbəxt gələcəyi və xalqımızın yüksək rifahı üçün əldə etdiyiniz uğurlarla fəxr edir və qurur duyuruq.

Sizi bir daha xalqımıza bəxş etdiyiniz tarixi 8 Noyabr – Zəfər Bayramı münasibətilə səmimi-qəlbdən təbrik edir, Sizə möhkəm cansağlığı, ailə səadəti və həyata keçirdiyiniz hər bir işdə böyük uğurlar arzulayıram.

Dərin hörmət və ehtiramla,

Əli İnsanov

Haqq Ədalət Partiyasının sədri

Azərbaycan Respublikası, Bakı şəhəri