"Sabah" legioneri ilə vidalaşdı

“Sabah” fransalı futbolçu Zinəddin Uld Xaledlə yollarını ayırıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Yarımmüdafiəçi ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib. 26 yaşlı futbolçu 2025-ci ildən "Sabah"da çıxış edirdi.